Deputat Rəşad Mahmudov Astaranın
ucqar dağ kəndlərində seçicilərlə görüşüb. SİA-nın xəbərinə görə, martın 8-9-u deputat Rəşad Mahmudov Astara rayonunun ucqar dağ kəndlərində Hamoşam, Toradi, Asxanakəran, Motlayataqda seçicilərlə görüşüb.
Deputat bildirib ki, 70 illik Sovet imperiyası dövründə həmən bu yerlərə yolsuzluq ucbatından, at belində 8-10 saata, çox çətinliklə gəlinirdisə, bugün Müstəqil Azərbaycan Dövlətinin yaratdığı imkanlar nəticəsində həmən yol yarım saata, rahat və təhlükəsiz gəlinir.
R.Mahmudov söyləyib ki, rahat və asvalt örtüklü yol boyunca gəldiyimiz müddətdə, yol kənarındakı "Azərişıq" ASC-nin quraşdırdığı yüksək keyfiyyətli elektrik dirəklərinin və xətlərinin ucqar dağ kəndlərindəki son evədək gəlib çıxmasını, yeni- müasir tələblərə uyğun məktəbləri, tibb ocağlarını müşahidə etdikcə, dövlətimizin öz vətəndaşına verdiyi yüksək diqqətin bariz nümunəsinin şahidi olursan, bu da öz növbəsində çox qururvericidir.
Sonra seçici, şəhid atası Qasımov Rəzzaq çıxış edərək bildirib ki, Allah bu şəraiti bizə dövlətimizin vasitəsilə verib. Sağ olsun Prezidentimiz ilham Əliyev həm də ona görə ki, bizimlə banklar arasında yaranmış problemi kökündən həll etdi, son ayda əhalinin sosial vəziyyətinin yaxşılaşmasına dair verdiyi fərmanlar və sərəncamlar, Şəhid ailələrinə 11 min manat birdəfəlik müavinətlərin verilməsi, evlə təmin edilməsi və s. məsələlərin həlli bizim kimi sadə vətəndaşlarən ürəyincə oldu.
Sonra seçicilər qarşılıqlı dialoq şəraitində müxtəlif məsələlərə toxunaraq, problemlərinin həll olunmasında deputatdan xahiş ediblər, bəzi məsələlər yerindəcə həllini tapıb, digər problemlərin araşdırılıb həll edilməsi üçün qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB