"Görülən işlər Azərbaycanın sosial dövlət olduğunun bir daha təsdiqidir" RƏY-ÖZƏL
"Ölkəmizdə həyata keçirilən sosial siyasət birbaşa vətəndaşların rifah halının yüksəlməsinə xidmət edir. 2019-ci ilin ilk 3 ayında atılan inqilabi addımlar bunu bir daha sübut etmiş oldu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
O bildirib ki, ölkə büdcəsinin sosialyönümlü olması və hər il əmək haqlarının, müavinətlərin, pensiyaların və digər sosial istiqamət üzrə həyaya keçirilən işlər Azərbaycan dövlətinin əsas prioritetində vətəndaşların rifah halının daha da yaxşılaşdırılması durduğunu göstərir. 
Deputat söyləyib ki, 2019-cu Prezident İlham Əliyev tərəfindən vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində imzalanan sərəncamlar, verilən qərarlar Azərbaycanda nə dərəcədə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsinin bariz göstəricisidir.
Ölkə başçısının həyata keçirdiyi sosial siyasətin mərkəzində vətəndaş amilinin dayandığını deyən İ. Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı qərarı, eləcə də zəlzələdən əziyyət çəkən insanların problemləri ilə yaxından tanış olmaq məqsədilə Ağsu və Şamaxıya səfəri bir daha göstərdi ki, dövlət başçısı, dövlət hər zaman vətəndaşının yanındadır: " Dünyanın heç bir ölkəsində təbii fəlakətdən zərər çəkən bölgənin, eləcə də oradakı evlərin bərpası dövlət tərəfindən qarşılanmır. Hər kəsə məlumdur ki, bi işlər insanların özlərinin sığortası hesabına qarşılanır. Bu addımı ilə də digərlərinə nümunə olan cənab Prezident və dövlətimiz apardığı siyasətin məğzini bir daha göstərmiş olur. Görülən işlər Azərbaycanın sosial dövlət olduğunun bir daha təsdiqidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB