Mərkəzi Bankın kollektivi 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə əlaqədar toplantı keçirib. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, toplantıda qeyd edildi ki, bu gün müstəqil, güclü, gələcəyə əmin addımlarla addımlayan, qüdrətli Azərbaycanın azadlıq yolu 20 Yanvar faciəsindən keçir. 20 yanvar 1990-cı il tarixi yüzlərlə insanın ölümüylə nəticələnməsinə baxmayaraq, hər birimizin fəxrlə yada saldığı bir tarixdir.
O vaxt Qorbaçovun qısqanclığı və ermənilərin fitvası ilə 1987-ci ildə Sovet İttifaqının rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də həyatı üşün təhlükəli olmasına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi. Məhz o gün Moskvada matəm saxlayan Heydər Əliyevin etiraz səsi bütün dünyaya yayıldı. Məhz ilk dəfə olaraq 1990-cı ilin 21 yanvarında qanlı faciəyə əsl qiymət verən, ölkə rəhbərliyinin xalqa xəyanət etdiyini cəsarətlə söyləyən, sovet hakimiyyətinin qanlı siyasətini ifşa edən ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət 1994-cü ildə verildi.
Tədbirin sonunda bir daha vurğulandı ki, xalqımızın həmin faciədə çəkdiyi iztirablara, verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq 20 Yanvar bizim təkcə faciə günümüz yox, həm də tariximizin şərəfli səhifəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB