Paşinyan ağzından vuruldu TƏHLİL

Paşinyan ağzından vuruldu TƏHLİL

Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfər adı ilə gedibsə də nəticəsi təkcə onun üzünü deyil, bir dənə ermənini də belə qane edə bilməz. Çünki, Avropa Birliyinin erməni baş nazirinin sözünü elə ağzındaca qoyması və irad bildirməsi erməni hiyləgərliyinin ifşası olmaqla yanaşı, Paşinyanın məsələni uzatmaq taktikasının artıq fiaskoya uğramasıdır.

Nikol Paşinyan özü də yaxşı bilir və eyni zamanda Brüssel səfərində buna tam əmin oldu ki, onun sözünə inanan, etibar edən yoxdur. Əmin oldu ki, “Cənubi Qafqazdakı münaqişələr Ermənistanda islahatlar prosesini dayandırır”, kimi ifadələrinə məhəl qoyan artıq tapılmayacaq. İndi erməni baş nazir tam şəkildə əmindir ki, onun, “həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi və bölgədə gərginliyin saxlanması həm bizim ölkənin, həm də bütün bölgənin yatırım cazibədarlığını azaldır” bəyanatları bayağı və çox hiyləgər oyun kimi qəbul olunmaqdadır.

Erməni baş nazirin Brüsselə səfərinin işğalçı ölkə üçün də, onun təmsilçisi üçün də heç bir əhəmiyyəti olmadı və ümidləri, arzuları puç oldu

Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” üzrə sənədləri Paşinyan hələ də imzalamayıbsa onun bu birlikdən umacağı ümumiyyətlə nə ola bilər? Belə bir halda, belə bir gözlənti elə yalnız erməni xislətində ola bilərdi ki, nəinki biz, ümumilikdə bütün Avropa, erləcə də bütün dünya bunun şahidi oldu. İmzalamadığı razılaşmadan sonra məgər Paşinyan bilmirdimi ki, bundan sonra onun nağıllarına, özü də pafoslu nağıllarına inanan artıq tapılmaz? Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin belə Ermənistan baş nazirinin Berüsselə səfərində heç bir uğur, nailiyyət olmadığı qənaətindədir. Erməni həmkarlarının ölkədə islahat keçirməkdə yardıma ehtiyacı olduğunu dilə gəriən Pankin bununla yanaşı etiraf edir ki, ermənilərin təkcə iqtisadi və siyasi xarakterdə probbleməri yoxdur, həm də yetərincə əlavə çətinlikləri də var.
Avropa Birliyi strukturlarınınn başçıları, Avropa Şurasının prezidenti Donald Tusk və Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə, AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Federiko Moqerini ilə danışıqlar aparılsa da prinsipial əhəmiyyətli heç bir konkret sazişdən söz belə açılmayıb. Ermənistan hökumətinin təqdim etdiyi və səfərin gündəliyindən də bu əvvəlcədən də bəlli idi ki, səfər “özünü göstərmək və dünyaya baxmaq” prinsipi üzrə keçəcək. Elə də oldu və erməni baş nazirin bu səfərinin işğalçı ölkə üçün də, onun təmsilçisi üçün də heç bir əhəmiyyəti olmadı. Əksinə, ermənilərin Avropa Birliyinə, onun dəstəyinə ümidləri tamamilə puça çıxdı və münaqişəni uzatmaq arzuları ürəklərində qaldı.

Yohannes Han hansısa yeni formatın icad edilməsinə ehtiyac olmadığını deməklə tam zamanında Paşinyanın ağzından vurub

Nikol Paşinyanın bu dəfə Brüssel səfərindəki mövqeyinə, danışıqlar formatı barədə söylədiklərinə, daha doğrusu, məsələnin həllini uzatmağa hesablanmış növbəti hiyləgərliyinə cavab da özünü gözlətmədi. Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair aparılan danışıqların formatı dəyişməməlidir. Daha doğrusu, komissar Yohannes Han tam zamanında Paşinyanın ağzından vurub.
Paşinyanın Azərbaycan prezidenti ilə, Cənab İlham Əliyevlə keçirəcəkləri ilk rəsmi görüşlərində həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatını müzakirə edəcəkləri fikri, eyni zamanda Qarabağ separatçılarının da tərəf kimi danışıqlar prosesində iştirakının vacibliyi barədə söylədikləri ilə Avropa İttifaqı rəsmisi razılaşmayıb. Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han hansısa yeni formatın icad edilməsinə ehtiyac olmadığını deməklə, öz narazılığını ifadə edib. Bu narazılıqla və erməni baş nazirin fikirlərinin rədd edilməsi ilə Paşinyan ağzından vurulub.
Yohannes Han bildirib ki, yeni nəsə, yəni yeni format yaratmaq yox, hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlərin müzakirə edildiyi mövcud danışıqlar formatının qorunub saxlanması vacibdir. Avropa İttifaqı rəsmisinin münaqişənin həllində Avropa İttifaqının dəstəyi kimi etimadın qurulması tədbirlərini və bütövlükdə regionda, xalqlar arasında əməkdaşlığı dəstəkləyəcəklərini söyləməsi isə Paşinyana bu etimadı qırmamaq barədə xəbərdarlığıdır.
Sözsüz ki, təkcə Yohannes Han deyil, bütün Avropalı rəsmilər Paşinyanın münaqişəni uzatmaq niyyətini çox yaxşı bilirlər. Başa düşürlər ki, bu, yeni format icad etmək yox, münaqişənin həllinə mane olmaq, yubatmaq üçün hiyləgər gedişdir. Lakin, başda Paşinyan olmaqla bütün erməni cəmiyyəti, hətta hər bir erməni başa düşməlidir və başa da düşür ki, bundan sonra münaqişənin həlli ilə bağlı məsələni uzatmağa da ümidləri qalmayıb. Başa düşürlər ki, hiyləgərliklərindən təkcə qonşu dövlətlər, qonşu xalqlar deyil, bütün Avropa da, bütün dünya da xəbərdardır və görünür bu hiyləgərlikdən, erməni xislətindən artıq hamı bezib. Görünür məhz bu səbəbdən də artıq Paşinyanın, yaxud hansısa erməni təmsilçisinin hiyləgər təklifləri yerindəcə rədd edilir və bu da işğalçılıq siyasəti aparanların mahiyyətinin, hiyləgərliyinin bütün dünyaya bəlli olmasından xəbər verir. Belə olan halda hər bir erməni bilməlidir ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdən, sülh danışıqlarından, Azərbaycan tərəfi ilə razılaşmalardan boyun qaçıra bilməyəcək. Hadisələrin gedişi təsdiq edir ki, ermənilər işğal etdikləri torpaqlarımızdan çıxmaq, torpaqları öz sahibinə qaytarmaq, Azərbaycan tərəfi ilə qeyrd-şərtsiz razılaşmaq məcburiyyətindədirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə