Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin yanvarın 19-da Türkiyə Respublikası Jandarma baş komandanı, ordu generalı Necdət Özəllə görüşü olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Türkiyə ilə Azərbaycan arasında mövcud qardaşlıq münasibətləri, hərbi-texniki sahədə əməkdaşlığın dinamikası və regiondakı vəziyyət müzakirə olunub.
S. Əbiyev bildirib ki, Azərbaycanla Türkiyənin siyasi və hərbi əlaqələri ən yüksək səviyyədədir və bundan sonra da bu əlaqələr genişlənməkdə davam edəcək.
Ordu generalı Necdət Özəl isə vurğulayıb ki, güc birlikdədir və Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB