Cümşüd Nuriyev: “20 Yanvar Qərb ölkələrinin ssenarisi əsasında Azərbaycan üçün xüsusi hazırlanmışdı” - MÜNASİBƏT
"20 Yanvar Azərbaycanın qəhrəmanlıq səhifəsinin başlanğıcı, qanla yazılan bir səhifədir. Bundan qabaq Azərbaycanda azadlıq uğrunda qan tökülməyib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, 20 Yanvar qətliamı Qərb ölkələrinin ssenarisi əsasında Azərbaycan üçün xüsusi hazırlanmışdı. Belə ki, hadisələrin üzərindən 21 il keçməsinə baxmayaraq belə bir şəraitdə bəzi sirlər indi-indi açılmağa başlayır. Poltoloq vurğulayıb ki, Qərb mətbuatı 20 Yanvar qətliamını Qərbin, xüsusən də ABŞ-ın layihəsi olduğunu və bu ssenari də bilavasitə ermənilərdən vasitə kimi istifadə edildiyini bildirib. Hadisələrin başlanğıcına getsək 1987-ci ildə oktyabr ayında Heydər Əliyevin Siyasi Bürodan kənarlaşdırıldıqdan sonra o vaxt Qorbaçovun köməkçisi olan Aqanbekyanın Dağlıq Qarabağla bağlı açıqlaması gündəmə gəldi və Fransada bu müraciət çap olundu. Lakin Azərbaycandan buna ilk etiraz səsi Milli Elmlər Akademiyasının yataqxanasında yaşayan alimlərdən gəldi: "Onlar bütün dillərdə hazırlanan cavabı dünyanın hər yerinə göndərdilər".
Poltoloq hesab edir ki, Qərb ölkələrindəki qüvvələr 20 Yanvar qırğınını törətməklə bir növ Azərbaycanı cəzalandırmaq, həm də SSRİ-nin dağılmasını sürətləndirməyə çalışırdılar: "Burada eyni zamanda erməni lobbisinin müstəsna rolu da oldu. Çünki, ermənilər Azərbaycanı cəzalandırmalı idilər ki, Dağlıq Qarabağı heç bir sorğusuz sualsız ələ keçirsinlər. Bu hadisələr - 20 Yanvar bilavasitə SSRİ-nin dağılma nöqtəsi oldu. Çünki 1989-cu ilin aprelində Gürcüstan, 1986-ci lində baş verən Qazaxıstan və Viluns hadisələri elə bir effekt yaratmadı. Amma Bakı qırğını böyük effekt yaratdı. Burada bir müsəlman dünyasından təpki gəlməsə belə, Türkiyədən bu səs ucaldı".
Hadisələrin görünməz hissəsinə gəlincə C.Nuriyev deyir ki, faciədə gizli məqamlar çox idi. Birincisi Qorbaçovun Qərb kəşfiyyat idarələri ilə razılaşdırdığı plan idi. Onlara yeganə maneçilik törədən Heydər Əliyev idi, onu da bürodan kənarlaşdırmışdılar. Azərbaycanın uzaqgörən, bayraqdar siyasətçisi yox idi. Hamısı kommunstlər idi və onlarda Moskvanın tapşırıqlarını birmənalı şəkildə yerinə yetirən insanlar idi. İkincisi isə məhz Vəzirov bunun üçün Azərbaycana gətirildi və onun dövründə Azərbaycandakı hadisələri Qərbin istədiyi istiqamətdə yönəldə bildilər. Azərbaycanın hakim strukturunda düşüncəli insan olmadığına görə hadisələrdən az itki ilə çıxa bilmədik. Eyni zamanda din faktoruda əsas amillərdən biri idi: "Qərb ölkələrində islam dünyasına xüsusi bir qısqanclıq var. Bu zəmində demoqrafik problemi həll etmək lazım idi. Yəni bu hadisələr bütün hallarda bu və ya digər formada baş verməli idi. Həmçinin SSRİ-nin atdığı addımları həm ABŞ, həmdə Qərb dövlətlərinin əksəriyyəti dəstəkləmişdi. Xüsusilə də ABŞ və Fransa. Çünki orada erməni lobbisi daha fəal idi. Bir növ Bakıda atılan güllər sovet lagerinin dağılması ilə nəticələndi".
Poltoloq vurğulayıb ki, hadisələr faktiki olaraq dünya ictimaiyyətinə yalnış formatda çatdırılırdı. Yalnız Heydər Əliyevin Moskvada keçirdiyi mətbuat konfransından sonra hadisələr barsində olan məlumatların çatdırılması öz məcrasını dəyişməyə başladı: "Yalnız yanvar ayının 22-də Heydər Əliyev böyük bir risk etməklə Moskvadan öz ailəsini götürdü. Eyni zamanda Azərbaycan nümayəndəliyində mətbuat konfransı keçirdi və dünya birmənalı şəkildə 20 Yanvar hadisələri haqqında düzgün məlumatlandırıldı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB