Amerikalı senatorlar Rend Pol (respublikaçılar partiyası) və Tom Yudoll (demokrat) ABŞ-ın Əfqanıstanda hərbi əməliyyatları dayandırmaq üçün Konqresə qanun layihəsi təqdim ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əgər qanun layihəsi qəbul olunsa, o zaman Vaşinqton qələbə elan edərək 45 gün müddətində öz hərbi birləşmələrini Əfqanıstan ərazisindən çıxarmağa dair plan hazırlamalıdır.
Əfqanıstanda ABŞ və “Taliban” hərəkatının nümayəndələri (Rusiya Federasiyası tərəfindən qadağan edilmiş) arasında danışıqlar aparılır.
Vaşinqton qoşunlarının çıxarılması qarşılığında, “Talibanın” onun nəzarəti altında olan ərazilərə terror qrupları yerləşdirməyəcəyinə dair möhkəm zəmanət almaq istəyir. İştirakçılar müzakirə prosesində ehtiyatlı olmağa çalışırlar, lakin hazırda məsələ öz həllini tapmayıb.
Ölkədə terror aktları dayandırılmır, qurbanlar həm əfqan əsgərləri, həm də mülki şəxslərdir. Bununla yanaşı, Vaşinqton və Taliban tərəfindən dəstəklənən rəsmi orqanlar arasında qarşıdurma davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB