Türk hərbi gəmiləri Odessa limanına yan aldı Təhlikəsizlik

Türk hərbi gəmiləri Odessa limanına yan aldı Təhlikəsizlik

Türkiyənin hərbi dəniz qüvvələrinə məxsus TCG Barbaros freqatı və TCG Marti hücum kateri Odessa limanına daxil olub. SİA Odessa online-yə istinadən xəbər verir ki, türk hərbi gəmilərinin Odessaya daxil olması faktı ikitərəfli təhlükəsizlik əməkdaşlığı çərçivəsində baş verib.

Hərbi freqat və kater Ukraynada martın 8-nə qədər qalacaq.

Xatırladaq ki, Türkiyə HDQ-nə məxsus gəmilərin Odessaya daxil olması birinci dəfədir ki, baş vermir. Belə ki, ötən ayın sonlarında Odessanın ticarət limanına ABŞ-ın 56 ədəd “Tomaqavk” qanadlı raketi daşıyan “Donald Kuk” gəmisi yan alıb.
Daha öncə isə bildirilirdi ki, martın 1-də ölkə parlamenti qanun layihəsi qəbul edib və həmin layihəyə görə, üçüncü ölkələrin hərbi gücləri müxtəlif çoxmillətli manevrlər etmək üçün Nezalejnıy ərazisinə daxil ola bilərlər. Belə ki, bu sənəd altına Rapid Trident-2019, ABŞ-la birgə Sea Breeze-2019, Rumıniya ilə Riverine-2019, eləcə də, Böyük Brtitaniya ilə Warrior Watcher-2019 təlimləri düşür.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə