Azərbaycanın Kanadadakı səfiri Ontario əyalətində olub

Azərbaycanın Kanadadakı səfiri Ontario əyalətində olub

Azərbaycanın Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Ontario əyalətinin Sadberi şəhərinə səfər edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, səfirin Sadberinin meri Marianne Matiçuk ilə görüşündə Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin inkişafı məsələləri, xüsusilə Sadberinin dağ-mədən sənayesinin təcrübəsinin öyrənilməsi və bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Sadberiyə səfəri zamanı F. Şəfiyevin Sadberidən Kanada Parlamentinin İcmalar Palatasına seçilmiş deputatı Glenn Thibeault ilə keçirdiyi görüşdə ikitərəfli parlament əlaqələri, həmçinin siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi diqqət mərkəzində olub. Səfir Sadberinin dağ-mədən sənayesi ilə də tanış olub.

 

Bundan başqa, F.Şəfiyev Kanada Yayım Şirkətinin (Canadian Broadcasting Company) şimal bürosunun radiosuna müsahibə də verib.

Bütün xəbərlər Facebook səhifəmizdə