Ədliyyə nazirliyində media nümayəndələri ilə görüş keçirilir YENİLƏNİR

Ədliyyə nazirliyində media nümayəndələri ilə görüş keçirilir YENİLƏNİR

Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəsinə start verilərək media nümayəndələrinin iştirakı ilə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlər, mətbuat konfransları və brifinqlır keçirilir. SİA-nın verdiyi məlumata görə, ilk brifinq bu gün nazirliyin icra, probasiya, istintaq və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası sahəsində fəaliyyətinə və yeniliklərə həsr olunub.

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyatı qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və 40-dan çox KİV nümayəndələri iştirak ediblər.

Brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha şəkildə məlumatlandırılmasında iştirakını yaxından təmin etməkdir.

Tədbirin açılışında Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri haqqında geniş məlumat verilib, bu sahədə maarifləndirmə tədbirlərinin və media ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb, bugünkü brifinqin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, belə tədbirlər mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyəti istiqamətlərini əhatə edəcəkdir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə