Deputat: "Namuslu kişi söyüş söyməz"

Deputat: "Namuslu kişi söyüş söyməz"

“Bu günlərdə vətən xaini Fəxrəddin Abbasov Azərbayacana ekstradisiya olundu. Xalqımız onun qolu qandallı həbsxanaya aparılmasını görmək istəyir. Lakin onun bu görüntüləri yayımlanmayıb. Lakin əminəm ki, o Azərbaycan etdiyi xəyanətə görə öz layiqli cəzasını alacaq”. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Bir müddət bundan öncə DTX tərəfindən cəsus şəbəkəsinin ifşa olunduğunu deyən Q.Həsənquliyev söyləyib ki, dünya təcrübəsi göstərir ki, bu insanlar ifşa olunmalıdır ki, digərləri bundan ehtiyatlı olsunlar.

Xaricdə oturub söyüş söyənlər haqqında danışan Q.Həsənquliyev bildirib ki, namuslu kişi söyüş söyməz, çünki bilir ki, söyüşün on qatı ona qayıdacaq.

Deputat çıxışı zamanı Ombudsmanın ermənilər tərəfindən təqib olunan azərbaycanlı bloggerlərin hüquqları qorunması istiqamətində addım atmasını təklif edib.

Q.Həsənquliyev çıxışı zamanı tikinti şirkətlərinin bir mənzili çoxlu sayda insanlara satılması məsələsinə toxunaraq qeyd edib ki, tikinti şirkətlərinə notariat qaydada rəsmiləşdirmədən ev satmaq qadağa edilməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə