“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından faydalanır” - AÇIQLAMA
“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində üçüncü tərəflərin həyata keçirdiyi iqtisadi və mədəni tədbirlərin verdiyi ziyanların beynəlxalq hüquq müstəvisində dəyərləndirilməsi ilə bağlı mövzular müzakirə edilir”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda beynəlxalq konfransda iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
O qeyd edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından iqtisadi cəhətdən faydalanır: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarının zəngin sərvətindən istifadə edir. Bu sərvətlər tamamilə Azərbaycana məxsusdur. Hazırda keçirilən beynəlxalq konfransda bu qeyri-qanuni fəaliyyətin qarşısının alınması üçün hüquqi yönlər müzakirə olunur, ekspertlər öz fikirlərini bildirirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB