"Vacib xidmət sektorları bazar günü də fəaliyyət göstərsin" TƏKLİF
“Vətəndaşların ən çox hüquqlarının pozulduğu məsələ xidmət sektorunun bazar günü fəaliyyət göstərməməsi ilə bağlıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, xidmət sektorları bazar günü də fəaliyyət göstərməlidir: “Misal üçün avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi bazar günü rəsmi qaydada həyata keçirilmir. Elə insanlar var ki, onların bunu etmək üçün yalnız bazar günü zamanları var. belə olan halda. onların hüquqları pozulmuş olur. Yaxşı olar ki, tək bu sahədə deyil, eləcə də digər vacib xidmət sektorları bazar günləri çalışsın. Təbii onlara həftənin bir günü istirahət verilməlidir”.
Deputat kredit borcuna görə ölkədən çıxa bilməyən insanların hüquqlarının bərpa olunması təklifi ilə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB