Nuhəli Kərimov: "Əli Kərimli ilə qohum olduğumuza görə xəcalət çəkirik" VİDEO

Nuhəli Kərimov: "Əli Kərimli ilə qohum olduğumuza görə xəcalət çəkirik" VİDEO

"Əli Kərimli bizim nəsli gözdən salır"

Müsahibimiz AXCP sədri Əli Kərimlinin əmisi oğlu, "Azərbaycan fermeri" qəzetinin baş redaktoru Nuhəli Kərimovdur

- Nuhəli müəllim, bəzi müxalifət partiyalarının sədrləri, o cümlədən sizin əminiz oğlu AXCP sədri Əli Kərimli müxtəlif təxribatlarla gündəmə gəlməyə, diqqət mərkəzinə çevrilməyə çalışırlar. Kərimli nəsilin ağsaqqalı kimi bu, sizi narahat etmir ki?

- Əli Kərimliyə qarşı çox əsəbiyəm. Onun bugünkü fəaliyyətini tənqid edir və bəyan etmək istəyirəm ki, Əlinin bəd əməllərinin bizim Kərimov nəsilinə heç bir aidiyyatı yoxdur. Biz dövlətə, Prezidentimizə sadiqiq. Bugünkü gündə respublikamızda güclü təməllər üzərində qurulmuş ictimai-siyasi sabitlik mövcuddur. Ə.Kərimlinin fəaliyyətində ancaq ölkəmizdəki, ictimai-siyasi sabitliyi pozmaq cəhdləri müşahidə olunur. Bu da, nəinki mənim, eləcə də, Ə.Kərimlinin yaxın qohumlarının yaşadığı Azadkənd kəndində insaların etirazına səbəb olub. Biz Əlininn pozuculuğa cəhdlərini dəfələrlə müaşhidə etmişik. Bu baxımdan da, haqlı olaraq, Azərbaycan cəmiyyəti onu qınayıb, hətta biz Kərimovlar nəsli onun evinin qarşısında etiraz aksiyası keçirdik. Təəssüf ki, Ə.Kərimli ictimai qınaqdan nəticə çıxarmadı. Bu da, onun xarici maraqlı dairələrdən maddi və mənəvi cəhətdən asılı olduğunu göstərir. Xalq tərəfindən onun keçmiş fəaliyyəti və bugünkü təxribatçı əməlləri pislənilir. Xalq tərəfindən dəstəyini tapa bilmədiyi üçün başlayıb cürbəcür təxribat tipli hərəkətlərə əl atmağa. Bununla, o, beynəlxalq təşkilatlardan özünə dəstək qazanmağa çalışır. Guya bu müxalifət lideridir. Əslində, o, toyuq fermasına rəhbərlik etmək və oranı idarə etmək imkanına da malik deyil. Bugünükü gündə bizim xalqımız və dövlətimiz üçün sabitlik mühiti vacib məsələdir. Belə bir məqamda Ə.Kərimlinin tez-tez mitinq çağırışı etməsi, cürbəcür təxribatlara əl atması ictimaiyyət arasında qəzəblə qarşılanır. Onun cəzalandırılması vacibdir. Hüquq-mühafizə orqanlarından ona qarşı ciddi tədbirlərin göstməsini istəyirik.

- Əli Kərimlinin əməllərindən yaxın qohumları geniş məlumata malikdirlərmi?

- Bizim kənd ölkəmizdə gedən istimai-siyasi proseslərdə hər zaman fəal olub. Seçkilərdə hamılıqla Ulu Öndər Heydər Əliyev siyasətinə - Cənab İlham Əliyevin Prezident seçilməsinə, Onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanmasına səs verməklə bunu nümayiş etdirmişik. Ə.Kərimlinin isə bacı-qardaş, əmi-dayı arasında heç bir hörməti yoxdur. Ona nifrət edirik. Məlum faktdır ki, uzaq yerdə yaşayan insan doğulduğu evinə gələndə onu qarşılayıb, hörmət- izzət göstərələr. Ə.Kərimli isə bu mələlərdən tamamilə təcrid olunub. Nəinki kənd camaatı, heç qohumları da onunla görüşmək istəmirlər. Yaxın qohumlar müəyyən variantlarla ona qarşı öz etirazlarını bildirirlər. Bunlardan Ə.Kərimli nəticə çıxarmalıdır. Xalq artıq onların apardığı bu siyasi fəaliyyətdən bezib, narazıdır və onları qəbul etmir. Mən Kərimovlar nəslinin ağsaqqalıyam, bir ziyalılıyam. Bugünkü gündə Ə.Kərimlinin səhv hərəkətləri təkcə ona aid deyil, bu, bizim qohumlara, bizim ünvanımıza da gəlib çatır, əlbəttə, bu, bizə pis təsir edir. Onun törətdiyi əməllər, terrorçuya xas siyasət yürütməsi bizi narahat edir. Biz dərk edirik, bu baxımdan, nəslimiz də Azərbaycan xalqı qarşısında qınaq obyektinə çevrilirik. Bunu başa düşür, dərk edirik, anlayırıq ki, Ə.Kərimli bizim nəsli gözdən salır. Azərbaycanda əldə olunan sosial-iqtisadi uğurları onun kimilər görmək istəmir.

Fakt isə budur ki, ölkə başçısı İlham Əliyev respublikamızda uğurlu daxili və xarici siyasət həyata keçirir, xalqın istəyinə uyğun fəraman və sərəncamlar imzalayır. Apardığı islahatlar, həyata keçirdiyi siyasət və verdiyi qərarlar ümumxalq marağına xidmət edir.

- Bir ara qohumalar yığışıb, Bakıya gəlmək və Ə.Kərimlini kəndə aparmaq istəmişdiniz. Məsələ nə yerdə qaldı?

- Biz bir dəfə Ə.Kərimlinin yaxın qohumları belə qənayətə gəldik ki, ona öz etirazımızı bidirək. Biz 50-yə yaxın Kərimovlar nəslinin nümayəndəsi onun evinin qarşısında aksiya da keçirdik. Hətta xəbər göndərdik ki, əməllərini dayandır və kəndə qayıt. Amma gəlmədi... Biz onu siyasətçi kimi, tanımırıq. Çünki apardığı siyasi fəaliyyət, ancaq erməni maraqlarına xidmət edir. Hesab edirik ki, belə mənasız hərəkətlər etməkdənsə, kəndə gəlib səmərəli işlə məşğul olsun, bacardığı bir işin qulpundan yapışın. Pambıq əksin, taxıl becərsin, qoyunçuluqla və maladarlıqla məşğul olsun.

- Əli Kərimli həm də, xaricdəki "söyüş qrupu"nu Azərbaycana qarşı təhqiramiz fikirlərlə çıxış etməyə təhrik edir. Xəbəriniz varmı?

- Bəli, btün bunlardan xəbərdarıq. Bu, tamam uğursuz bir siyasətdir, əhəmiyyətsiz bir fəaliyyətdir ki, Ə.Kərimli onu həyata keçirir. Bilirsiniz, böyük riyaziyyat alimi var, Nyuton. Onun belə bir qanunu var, təsir əks-təsirə bərabərdir. Hətta mən onun düsturun da deyə bilərəm ki, F bərabərdir mənfi F1-ə. Yəni hər bir insan özü nə deyirsə nə danışırsa, şübhəsiz ki, Nyutonun dediyi qanun kimi onun təsiri-əksi də var. Xarici dövlətlərdə oturub şərəfsiz ifadələr səsləndirirlər. Bunlar dərk etməlidirlər ki, əgər onu bir nəfər deyirsə, Azərbaycanda onu mənfi qarşılayan insanların böyük əksəriyyəti onlara qaytarır. Bu, bizim nəyimizə lazımdır? Bu təhqir və söyüşlərin bir ucu da gəlib çıxır elə Ə.Kərimlinin özünə. Bu da çox əskik, şərəfsiz, bizim ünvanımıza ləkə gətirən bilən bir siyasi fəaliyyətdir. Bu, yolverilməzdir və təqdir olunası fəaliyyət növü deyil.

- Faransada yaşayan Vidadi İsgəndərli adlı şəxs belə bir fikir səsləndirib ki, əgər Dağlıq Qarabağda müharibə başlayarsa, o, slahlını ernmənilərə deyil, Azərbaycan insanlarına qarşı yönəldəcək.

- Fransa dövləti və hökuməti ermənilər və ermənipərəst qüvvələrin geniş surətdə cəmləşdikləri bir məkandır. Şərəfsiz fikirlər səsləndirən insanlarda orada məskunlaşılar. Bunların hamısı bir-biri ilə əlaqəlidir. Səhərdən-axşama qədər sosial şəbəkələdə ağızlarına nə gəldi, danışırlar. Bu adam bir yerdə işləmir, bunun gəliri yoxdur, bu, haradan maliyyələşir? Şübhəsiz ki, ermənipərəst qüvvələr bunlara maliyyə dəstəyi göstərir. Maliyyə dəstəyinin arxasında da dayanan məqsəd bizim dövlətimizi, xalqımızı, milli mentaritetimizi aşağılamağa yönəldilir, xalqımızın imicinə zərbə vurmaq cəhdi göstərilir. Bunlar həmin ermənipərəst qüvvələrdən maliyyələşmiş insanlardır, bunlara onlar himayədarlıq edirlər. Dağlıq Qarabağ uğurunda müharibə başlayarsa, şübhəsiz ki, V.İsgəndərli ermənilərdən maliyyələşdiyi üçün onlara qarşı silah işlətməyəcək. Necə ki, milli melitatinmizə zərbələr vurur, əlbəttə ki, müharibə başlayarsa, o zaman da bizə qarşı silah tuşlayacaq. Düşünürəm ki, bəlkə də Azərbaycanda siyasi məsələlərlə bağlı düşünülüb, uzaqgörənlik baxımından bu məsələləri araşdırıb təhlil edənin ən zəifi mənəm. V.İsgəndərli kimilər analiz edilib, müayinə edilsə, onların əsl azərbaycanlı olmadıqdarı aşkarlanar. Pula görə, millətimizə, dövlətimizə, xalqımıza, qarşı xoşagəlməz ifadələr işlədirlər. Bu da, şübhəsiz, kimlərinsə tərəfindən göstərilən təsirin nəticəsidir. Deyim ki, orada olanlardan bir də, İnqilab Kərimovdur. Mənim əmimoğludur, elə Əli Kərimovunda əmisioğludur. Onun atası - Allah rəhmət eləsin, Qüdrət kişi yaxşı ağsaqqal olub, gözəl insan idi. Amma İnqilab Kərimov Əli Kərimlinin təsiri altındadır. AXCP-nin üzvüdür, gedib, xaricdə "fəaliyyət" göstərir. Görürsən, bütün bağlantılar ən axırda Əli Kərimliyə gedib çıxır. Narahat oluruq, niyə? Çünki İnqilab Kərimov kimisə təhqir edirsə, onu da qayıdıb təhqi edirlər, bu da qayıdıb mənə çatır, mənin qohumlarına çatır. İnqilab Kərimovu o qədər də qınamıram. Qınadığım odur ki, Əli Kərimli belə bir şərəfsiz metoddan istifadə etməklə, siyasi kampaniya yaratmaqla Kərimovlar nəsilinə başıaşağılıq gəririr. Biz bunu qəbul etmirik, ona görə də, biz Ə.Kərimlinin siyasətdən getməsini təklifini edirik. Çünki onun əməllərində, fəaliyyətində ancaq və ancaq bizi təhqir etdirmək, ölkəmizin ictimai-siyasi sabitliyini pozmaq maraqları dayanır.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə