"Cavaxetiyanın Ermənistana birləşdirilməsi məsələsi gündəliyə gətiriləcək" ÖZƏL-MÖVQE
"Gürcüstanın Cavaxetiya regionunda erməni separatçılığına görə həbs olunmuş Vahan Çaxalyan hal-hazırda Ermənistanın paytaxtı Yerevanda “məskunlaşıb”. V.Çaxalyanın gəlişi ilə Yerevanın kriminal həyatında bir sıra dəyişikliklər baş verdi. Bir neçə tanınmış şəxs küçədə soyuldu. Cinayəti törədənlərin V.Çaxalyanın yerliləri, Cavaxetiyadan gəlmiş beynəlmiləl qrup olduğu bəlləndi. V.Çaxalyan özü də Yerevanda kimisə döyüb nəisə almaq istəyirdi. Cinayət işi başlanıb, amma təfərrüatı açıqlanmayıb". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, V.Çaxalyanın Yerevanda olmasının legitim əsası onun mitinq hazırlamasıdır: "Guya Paşinyan hökuməti Dağlıq Qarabağı Azərbaycana verir və V.Çaxalyan “Sasnasrer”lə birlikdə “İradə”si buna imkan verməyəcək. Bu məqsədlə də fevralın 26-da Yerevanda müəyyən qədər saya malik mitinq keçirdilər. Bütün dünya erməniliyi bir araya yığılsalar da belə Dağlıq Qarabağı Azərbaycan özü alacaq. Vahan Çaxalyan və Jirayr Sefilyan kimi bir qrup adamın xəstə düşüncəsinin Azərbaycana zərrə qədər təsiri yoxdur.
V.Çaxalyanın Yerevana gəldikdən sonra ətrafında baş verənlər daha uzağa gedən təhlillər aparmağa şərait yaradır: “Sasnasrer”in başçısı J.Sefilyan Ermənistanda Paşinyanı silahlı yolla devirməyəcəyini bəyan edir; Yerevanda silahlı kriminallıq inkişaf edir; Cavaxetiyadangəlmiş bandit qrupu fəaliyyət göstərir. Deməli, J.Sefilyan və V.Çaxalyan bir-birini tamamlayan qruplardır. V.Çaxalyanın Cavaxetiyadan gətirdiyi bandit qrup həm əhalıni mitinqlərə cəlb edəcək, həm də müəyyən qədər pul qazanacaq. Mitinqindən əvvəlki axşam artıq Fransa vətəndaşı olan erməni xanımı Cavaxetiyadan gəlmiş qrup tapança ilə hədələyərək bərbəzək və qızılını aldılar. 1988-ci ildə erməni separatçılığı da quldurluq bünövrəsində başlanmışdı".
M.Əhmədoğlu xüsusi qeyd edib ki, görünür, onların bu fəaliyyəti təkcə Yerevanla məhdudlaşmayacaq, çünki iştah diş altındadır: "Getdikcə böyüyəcək. Bunların həm inqilabi, həm də kriminal bandit fəaliyyəti Gürcüstanın Cavaxetiya regionunu da əhatə edəcək. İri siyasi qüvvələrə ilişdikdən sonra isə artıq Cavaxetiyanın Ermənistana birləşdirilməsi məsələsi gündəliyə gətiriləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB