"Tunisdə turist, yaxud da iş adamı qismində Azərbaycan vətəndaşı olmadığı dəqiqləşib"

"Tunisdə turist, yaxud da iş adamı qismində Azərbaycan vətəndaşı olmadığı dəqiqləşib"

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin hal-hazırda Tunis ərazisində turizm, yaxud digər məqsədlər ilə Azərbaycan Respublikası vətəndaşlarının olub-olmadığının müəyyənləşdirilməsi üçün keçirilən müvafiq tədbirlər çərçivəsində Tunisin Rabatdakı səfiri Sadiq Qurbi ilə görüş keçirilmiş və Azərbaycan vətəndaşlarının Tunis Respublikasında hal-hazırda olub-olmaması və onların aşkar ediləcəyi təqdirdə müvafiq köməkliyin göstərilməsinə dair Nota Tunis Xarici İşlər Nazirliyinə çatdırılması üçün səfir S.Qurbiyə təqdim edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə öz növbəsində Tunisdəki nümayəndəliyimiz müvafiq tədbirlər həyata keçirərək Tunisdə turist, yaxud da iş adamı qismində Azərbaycan Respublikası vətəndaşının olmadığını dəqiqləşdirmiş, Tunisdə daimi yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvlərinin məlum hadisələr nəticəsində xəsarət almadığını, onların Tunisdə vəziyyətlərinin sabit olduğunu və Azərbaycana qayıtmağa ehtiyac duymadıqlarını müəyyənləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə