FAKT: “Əli Kərimli artıq hakimiyyətlə 2020-ci ilin parlament seçkiləri ilə bağlı mandat alverinə girişib”
Öz liderinə qaşrı xəyanətlər törətdikdən, onu həm mənəvi, mən də fiziki cəhətdən məhv etdikdən sonra Xalq Cəbhəsi adını qəsb etmiş Əli Kərimlinin bu dəfə heç bir çıxış yolunun qalmadığı aşkar görünməkdədir. Onun Sevinc Osmanqızının canlı yayımına qoşularaq “hakimiyyətə gəlmək şansımız yoxdur” tipli fikirlər irəli sürməsi artıq özü-özlüyündə bir sıra məqamları daha da açığa çıxarmış olur.
Lakin maraqlı məqamlardan biri də Əli Kərimlinin iqtidar tərəfindən ifşa olunmasıdır ki, məhz bu amil belə deməyə əsas yaradır ki, AXCP sədrinin iyrənc əməlləri mövzusunda hakim partiya ilə bir çox müxalifət partiyalarının mövqeləri üst-üstə düşür. Beləliklə məqamlar çoxdur…
Siyavuş Novruzov: "Təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu FƏRARİ adlandırırdı"
Məsələn, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Əli Kərimlinin qarşısına çıxan müxalifətçlərin hər birini "hakimiyyətə işləyir" ittihamına tutarlı cavab vermişdi. O, qeyd etmişdi ki, ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) Əli Kərimli komsomola katib seçilmək üçün dostlarını satmaqla məşğul olub. Sitat: "Dostlarını necə satdığı həmin dövrdə oxuyan tələbələrin gözü qarşısında olub. Hamı bilir ki, Əli Kərimli o zaman nə oyunlardan çıxıb və o dövrdəki rektorun, yumşaq dildə desək, "xəbərçi"si olub".
Əbəs deyil ki, bu günün özündə onun oğlu Türkel Kərmli də aşkar fəraridir və Azərbaycan ordusunda xidmət etməkdən boyun qaçırır. Halbuki, Prezident İlham Əliyevin oğlu hazırkı vaxtda da hərbi xidmətini şərəflə yerinə yetirir!
"Əli Kərimli Elçibəyin Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara gedib"
Lakin bu da son deyil. Siyavuş Novruzov hələ bir neçə il öncə də mövzuya toxunaraq deyib ki, hələ 2000-ci ildə "Yurd" şefi Kərimli AXCP-də Əbülfəz Elçibəyə qarşı xəyanət etmişdi. Belə ki, parlament seçkilərində Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər: "Bunu AXCP-də və Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev (Mirəlioğlu), ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Əli Kərimli onun Bakıda olmamasından istifadə edərək hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, Müsavatla olan koalisiyanı pozdu. Həmin dövrdə məhz Əli Kərimlinin əməlləri nəticəsində AXCP "yurdçular"a və "klassiklər"ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü".
"Cəmil Həsənli Əli Kərimli ilə olan danışıqlarda iştirak edib"
YAP təmsilçisi deyib ki, həmin dövrdə Əli Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi" restoranı idi. Əli Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da bilavasitə bu danışıqlarda iştirak edənlər var. Əli Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını, yoldaşlarını satmaqla məşğul olub".
"Siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Əli Kərimlinin ümumiyyətlə şəxsi mövqeyi olmayıb"
Siyavuş Novruzov deyib ki, Əli Kərimlinin bu əməlləri indi də davam edir və o, heç də demokratik fikirli fərd deiyil, əksinə avtorutar və özündən müştəbehdir: "Kimsə onun fikrinin əleyhinə çıxırsa, söz, fikir azadlığı irəli sürürsə, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifrət bəsləyir və altdan-altdan mübarizə aparır, onlar haqqında xoşagəlməz yazılar yazdırır. Yəni bütün hallarda Əli Kərimli öz silahdaşlarını satıb".
Millət vəkili Siyavuş Novruzov Kərimlinin əsl tərbiyəsiz və mənəviyyatsız bir şəxs olduğunu bu ifadələri ilə sona çatdırıb: "Bu gün vaxtilə Ümummilli Lider Heydər Əliyev Milli Məclisə gələrkən ayağa qalxmamağı ilə "fəxr edən" bu şəxs dövlət başçısı və özündən yaşca qat-qat böyük olan bir insanın qarşısındakı elementar tərbiyəsizliyini özü üçün "piar"a çevirəcək qədər mənəviyyatsızdır. Yəni ki, həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Əli Kərimlinin ümumiyyətlə şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa faktlarla, şahidlərlə sübuta yetirməyə hazıram".
Daha bir fakta əsaslanan fikirlərində Siyavuş Novruzov bildirib ki, Əli Kərimli bir zamanlar deputat olmaq üçün hakimiyyətlə razılığa gedib. Məsələ ondadır ki, Siyavuş Novruzov qədər məlumatlı mənbə də bildirib ki, Əli Kərimli artıq hakimiyyətlə 2020-ci ilin parlament seçkiləri ilə bağlı mandat alverinə girişib. Hətta müəyyən razılıqların olduğu da deyilir. Belə ki, Əli Kərimli hakimiyyətlə müzakirələrində qaynı Ellnur Seyidovun tezliklə azadlığa buraxılmasına razılıq əldə edib.
Göründüyü kimi, AXCP sədri adını işğal etmiş bu fərd barədə kifayət qədər təsdiqedici məlumatlar var və onların qısa zamanda ictimai rəyə açıqlanacağını düşünmək mümkündür.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB