"Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib" ÖZƏL-MÜNASİBƏT
"Ermənistanın baş naziri Nikol Paşinyan çox arzuladığı İrana səfər edib. İran prezidenti Həsən Ruhani Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirib. Ancaq bunu illərdir deyirlər, ortada nəticə yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, onlar Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar da xoş arzulardır. Ermənistanın pulu, sanskiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur. Buna baxmayaraq, Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib. Birincisi, o Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xamaneyi ilə görüşüb. Bu gözlənilən idi.
İkincisi, Tehranda mövcud olan “Ararat” idman-sağlamlıq mərkəzində "Dağlıq Qarabağ Respublikasının bayrağı" altında İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşüb, sevincək selfi də çəkdirib. Bir müddət sonra yenə Bakıya hansısa iranlı rəsmi və ya general gəlib deyəcək ki, “işğalı pisləyirik, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB