ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inlə müzakirələrin məhsuldar şəkildə keçdiyini, tərəflərin insan hüquqları da daxil olmaqla çox sayda mövzuya toxunduqlarını açıqlayıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
"Biz məhsuldar müzakirələr apardıq",- deyən Tramp "biz bütün məsələləri müzakirə edirik", - deyə jurnalislərin suallarını cavablandırıb.
Tramp bildirib ki, müzakirələrin gedişatı Şimali Koreya ilə razılaşmanın əldə ediləcəyinə və Şimali Koreyanın iqtisadi rifahının daha da yaxşılaşmasına gətirib çıxaracaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB