Facebook haqqında çəkilən film “Qızıl qlobus”a layiq görülüb - FOTO
Devid Finçerin rejissoru olduğu Facebook "Sosial şəbəkə" haqqında çəkilən film Los Ancelesde keçirilən mükafatlandırma mərasimində "Qızıl qlobus"a layiq görülüb. SİA-nın RİA- Novosti"ə istinadən verdiyi məlumata görə, 2010-cu ilin ən yaxşı filmi hesab edilən ekran əsərinin rejissoru Devid Finçer, ssenaristi isə Ayron Sorkindir.
Bu filmin heyəti bildirib ki, kinonu izləyənlər onu yaradanlar qədər ağıllıdırlar. Bu kino 2010-cu ilin ən yaxşı dram janrında çəkilib. Kino Facebook sosial şəbəkəsinin yaradılması haqqındadır. Filmdə 20 yaşlı milyoner gəncin həyatından bəhs edir.
"Sosial şəbəkə" "Ən yaxşı film" mükafatı da daxil olmaqla, "Ən yaxşı rejissor", "Ən yaxşı ssenari" və "Ən yaxşı film musiqisi" nominasiyasında qalib olub. "Oskar"ın xəbərçisi sayılan "Qızıl Qlobus"da "Ən yaxşı aktyor" mükafatını "Kralın çıxışı" adlı filmdəki roluna görə Kolin Fört alıb. Natalli Portman isə "Qara qu quşu" filmindəki roluna görə "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb.
Məşhur aktyor Al Paçino isə "Ceki tanımırsan" adlı serialdakı rolu ilə mükafat qazanıb. Gecədə məşhur aktyor Roberd De Niroya da "Ömür boyu müvəffəqiyyət" mükafatı verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB