Gədəbəyin daha bir kəndinə təbii qaz verilib

Gədəbəyin daha bir kəndinə təbii qaz verilib

Gədəbəy rayonunun Novosaratovka kəndinə təbii qaz verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, kəndin mavi yanacaqla təmin olunması üçün 32 km daşıyıcı və 34 km daxili qaz xətti çəkilib. Yeni qaz xəttindən təxminən 600-dən artıq abonent istifadə edəcək.

Beləliklə, Gədəbəydə mavi yanacaqla təmin edilən kəndlərin sayı 11-ə çatıb. Bu münasibətlə təşkil olunan tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin sədri Azər Hacıyev, rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri və kənd sakinləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə