Araz Əlizadə: "İsa Qəmbər adam olmadı ki, olmadı" RƏY-ÖZƏL

Araz Əlizadə: "İsa Qəmbər adam olmadı ki, olmadı" RƏY-ÖZƏL

"Müxalif baş bilənləri dəyyuslardır, milli maraqlara qarşı düşmən olan kəslərdir". Bunu SİA-ya açıqlamasında ASDP-nin sədri, millət vəkili Araz Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycana qarşı törədilən Xocalı kimi faciələrin baş verməsində müxalif qüvvələrin bu və digər formada əlləri olub: "Buna baxmayaraq hələdə düz yola gələ bilməyiblər. İsa Qəmbər ağır xəstələndi, ağır xəstə oldu, Heydər Əliyev Fondu onu müalicə elətdirdi və.s. Yenə də adam olmadı ki, olmadı. Onların adam olması üçün variantda yoxdur. Səməd Vurğunun "Vaqif" dramında gözəl bir beyt var, mayan turş ayrandır, zatın qırıqdır, ilandan-əqrəbdən yar ola bilməz. Əli Kərimli müxalifətin lideri olmaq iddiasındadır. Olsun da, dəlixanada nə çox Napaleon. Əslində, Ə.Kərimlinin normal insan olmağına da, şübhələr var. Baxmayaraq ki, o siyasətlə məşğul olur. Bu da, təəccüb doğurmur. Çünki biz azad, demokratik ölkədə yaşayırıq. Kimliyindən və ağılının dərəcəsindən asılı olmayaq hər kəs özünə bir yolu seçir. Fakt budur ki, radikal müxalifəti Qərbdə maliyyələşdirən qüvvələr var. Pul ayıran dairələr deyirlər ki, Azərbaycan müstəqil siyasət yürüdür ay aman qoymayın, gedin şuluq salın. Ə.Kərimli pullar qazanır, nəyin hesabına? O uzun illərdir ki, işləmir, amma ailəsinin xaricdə evi var, uşaqları illik ödənişi yüksək olan universitetlərdə təhsil alır. Həm də, uşaqları hərbi xidmətdən yayınır. Bununla belə özünü vətənpərvər kimi qələmə verir. Araz Əlizadənin ovladı isə hərbi xidmətə gedib, trolları isə vətənpərvər olmamaqda ittiham edirlər. Bu baxımdan onlar bədbəxtdirlər. Əminəm ki, bu simasızlar ömürləri boyu belə olacaqlar. Çünki mayaları haramla yoğurulub".
GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə