"Milli Şura" batan "lodka"nı xatırladır

"Milli Şura" batan "lodka"nı xatırladır

Əli Kərimli isə, 20 Yanvar faciəsində olduğu kimi, Xocalı soyqırımında da təxribatlarını davam etdirdi

Hazırkı məqamda pərakəndə və dağınıq halda olan müxalifətin dağıdıcı qanadı üçün kimə və hara işləmələrinin fərqi yoxdur. Halbuki 5-6 il öncəyə qədər, AXCP və Müsavat yetkililəri xarici maraqlı dairələrlə iş birliyi qurmaq məsələsində seçim edir, kiminlə tərəfdaş olduqlarının fərqinə varırdılar. Hazırda isə, o bar verən bağlar quruyub, xarici maraqlı dairələr müxalif ünsürlərin bacarıqsızlıqlarını həzm edə bilmədiklərindən, onlarla əməkdaşlığı dayandırıblar. Bu isə, o deməkdir ki, artıq AXCP və Müsavat kimi partiya funksionerləri xarici qrantlardan yararlana bilməyəcəklər. Digər tərəfdən, meydana Rəhim Qazıyev, İskəndər Həmidov, Pənah Hüseyn kimi qrant əldə etmək iddialarında olan şəxslərin meydana çıxması Müsavat və AXCP funksionerlərini ciddi narhat edir. Ən azı, ona görə ki, qarntların həcmi azala və qarşılıqlı əməkdaşlıq prinsiplərinə görə, qərəzli təşkilatların məkrli planlarını həyata keçirə bilməyəcəklər. Həm də, istiqamət dəyişə, təmsilçilər P.Hüseyn, R.Qazıyev və İ.Həmidov ola bilər. Bu isə, Ə.Kərimlinin, A.Hacılının xaricdən maliyyə vəsaitıəri əldə etmək planlarının üstündən birdədəflik xətt çəkilməsi deməkdir. Bu baxımdan, hər vəchlə çalışırlar ki, əqidə dostlarını sıxışdırsınlar və əks mövqelərinə qaytarsınlar. Buna necə nail olacaqlarını demək, hələ çətin olsa da, ortada olan fakt yalnız ondan ibarətdir ki, dağıdıcı müxalifətin əsas satqın və xəyanətkar formatı olan "Milli Şura"da ağır proseslər yaşanmaqdadır. Xüsusi ilə də, uğuruzluqla nəticələnən 19 yanvar mitinqə cəhddən sonra, bu başıbəlalı qurum daxilində gərginlik özünün pik nöqtəsinə yüksəlib. Bununla yanaşı, AXCP sədri Ə. Kərimlinin müxlifətin lideri olmağa can atması, düşərgə daxilində çaxnaşma yaradıb. Demək olar ki, əksər iddialı partiya yetkililəri səngərlərindən çıxaraq Ə.Kərimli ilə açıq döyüşə giriblər. Hər bir hikkəli və iddialı partiya funksioneri çalışır ki, müxalifətə sərfəli lider olduğunu nümayiş etdirsin. Bu baxımdan, sosial şəbəkələr müxalifət təmsilçilərinin özlərinin təbliğinə və rəqiblərini gözdən salmağa yönələn statusları ilə doludur.

AXCP dağılmağa məhkumdur

Qarşılıqlı itihamlar fonunda diqqət çəkən məqam ondan ibarətdir ki, AXCP sədri Ə. Kərimli öz ənənəvi ampluasından əl çəkmir. Fürsət yarandıqca, təxribatlar törətməyə cəhdlər göstərir və ya lüzumsuz açıqlamalarla çıxış edir. Uğursuz 19 yanvar mitinqinin səhərisi günü xalqın hüznündə olmasından istiadə edən Ə.Kərimli polislə qarşıdurma yaratmağa cəhdlər göstərdi. Eyni təxribatlarını Xocalı soyqırımı günü də təkararlamağa çalışdı. Yəni bu məxluqun xisləti hər fürsətdə ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa yönəlib. Dağıdıcılıq, ziyankarlıq, xəyanət missiyasını daim tətbiq edərək, düşərgədə qarışıqlıq yaradan Ə. Kərimlini indiki və keçmiş əqidə dostları belə heç vaxt önəmli fiqur kimi qəbul etmirlər. Böyük Qurtuluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın sözlərinə görə, Ə.Kərimlinin satqınlığı AXCP-nin parçalnmasının başlıca səbəblərindən olub: "Ə.Kərimlinin "satılmaması" barədə danışanlar 1995-ci il və sonrakı tarixə bir də nəzər salsınlar. Onda yadlarına düşər ki, Ə.Kərimli hakimiyyətlə hansı danışıqlara gedib. Ə.Kərimlinin Əbülfəz Elçibəyə qarşı apardığı mübarizənin arxasında hansı xəyanətlərin və satqınçılığın dayandığını, eləcə də, Kərimlinin yanındakıların da kimlər olduğunu xatırlayanlar yaxşı bilirlər. Azərbaycan Xalq Cəbhəsində satqınçılığın əsasını Ə.Kərimli və bu gün onun yanında olan adamlar qoyub. Bu səbəbdən də, Xalq Cəbhəsi dağılmağa məhkum oldu".
F.Mustafa onu da bildirib ki, Azərbaycanda satqın dedikdə, birinci olaraq, Ə.Kərimli yada düşür: "Onu da qeyd edim ki, bu gün Ə.Kərimlinin "satılmamasını" iddia edən tərəflərin bu cür danışmağa mənəvi haqları yoxdur. Çünki xəyanət, satqınçılıq dedikdə, ilk olaraq, təsəvvürlərdə, məhz Ə.Kərimlinin obrazı canlanır".

Satınlıq Əli Kərimlinin həyat tərzinə çevrilib

Bu, bir faktdır ki, Ə.Kərimlinin anormal siyasət aparması səbəbindən, AXCP bir neçə yerə parçalandı. Xarici havadarlarından aldığı maliyyə dəstəyi ilə AXCP-nin mərhum sədri Əbulfəz Elçibəyə qarşı təxribat kampaniyası aparan Ə.Kərimli hər cür iyrəncliklərdən, vasitə və üsullardan istifadə edib. Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bildirib ki, Ə.Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub: "Ə.Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti, məhz Qərbə satılmağa köklənib. Ə.Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır".
Bir sözlə, müxalifət daxili ağır və böhranlı durum özünün kritik mərhələsinə yüksəlir. Vəziyyət dəyişməyəcəyi təqdirdə, əksər müxalifət partiyaları, o cümlədən, AXCP və Müsavatın tarixin arxivinə atılacağı şübhəsizdir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə