"İlk növbədə Ermənistan baş naziri Nikol Paşinyan özünün geniş xarici siyasət kursu həyata keçirməyinin fonunu yaratmaq istəyir. Amma əsas məsələ bununla bağlı deyil. Paşinyan bu dəqiqə çabalamaqdadır. Birincisi, o artıq çox gözəl dərk edir ki, bir ay sonra onun inqilabının bir yaşı tamam olur. Bir il keçdikdən sonra Sarkisyan dövrü ilə müqayisədə o hansı iqtisadi nəticələrə nail olub, hansı əhalinin sosial durumunda müsbət proses baş verib kimi suallara müsbət cavab vermək onun üçün hər gün daha da çətinləşməkdədir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, belə olan vəziyyətdə onun bütün səfərlərində ilk növbədə əsas məsələ Ermənistan iqtisadiyyatı üçün investisiyanın cəlb edilməsi, işğalçı ölkənin iqtisadiyyatının düşdüyü ağır böhrandan çıxarılması, əhalinin bu kontekstdə sosial vəziyyətinin azda olsa yüngülləşdirilməsi ilə bağlı bir nəticənin əldə edilməsidir: "Bu ona hava və su kimi lazımdır. Əks halda dünən Paşinyanı alqışlayan və özünün qəhrəmanı elan edən küçə sabah onu eyni məntiqlə özünün anti-qəhrəmanına da çevirə bilər. Beləcə Sarkisyanın yaşadığı eyni aqibəti o da yaşaya bilər. Ona görə də onun istər Avropa İttifaqına səfəri, istər Almaniyaya, Rusiyaya səfəri, istərsə də İrana səfəri ilk növbədə ölkənin iqtisadi durumunun yüngülləşdirilməsi ilə bağlı müəyyən nəticələrin əldə edilməsinə yönəlib. Daha çox kreditlərin alnması və investisiyaların cəlb edilməsidir. Amma hələ də bütün bu səfərlərdən o əli ətəyindən uzun qayıtmaqdadır.
İstisna deyildir ki, Paşinyan İran səfərində də eyni aqibəti gözləyəcək. Çünki kiçik bir bazara, tənəzzüldə olan Ermənistan iqtisadiyyatına, iflas vəziyyətində olan işğalçı ölkədəki iqtisadi duruma İranın heç bir marağı yoxdur. O bir növ dalan dirənmiş xarici siyasət kursu həyata keçirir. Çünki onun bu səfəri ABŞ-da da çox mənfi qarşılanacaq. Onsuz da Paşinyanın 83 nəfər mina axtaran və hərbi həkimi Suriyaya göndərmək siyasəti rəsmi Vaşinqtonu xeyli qıcıqlandırıb. Bunu ABŞ Dövlət Departamentindən açıq şəkildə bəyan edirlər. Bu baxımdan ABŞ tərəfindən İrəvana təzyiqlər artmaqdadır. Təbii ki, Paşinyanın İrana səfəri rəsmi Vaşinqtonda diqqətlə izlənilənəcək. Onun Amerikanın özü üçün düşmən hesab etdiyi ölkələrə - Suriya və İrana belə səfərləri heç şübhəsiz ki, rəsmi Vaşinqtonda növbəti qəzəbə səbəb olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB