Masallı rayonunda səmada uçan naməlum obeykt müşahidə edilib. SİA-nın cənub bürosunun məlumatına görə, obyekt səmada iki dəfə görünüb. Rayonun Böyük Xocavar kənd sakini Muşfiq Murtuzov obyekti lentə almağa da müvəffəq olub. Onun sözlərinə görə, 10 gün əvvəl də müşahidə etdiyi bu obyekti təkrar görərkən, onu lentə alıb.
Maraqlıdır ki, Masallı rayonunun Böyük Xocavar kənd sakini uçan obyekti həm qaranlıq, həm də gündüz saatlarında görüb və şəklini çəkə bilib. Səmada hərəkət edən naməlum uçan obyekti hər dəfə təxminən 10-15 dəqiqə ərzində görmək mümkün olub.
Əlavə edək ki, uçan naməlum obyekt ötən ilin dekabrında Lerik rayonunda da müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB