"Bakıda keçirilən izdihamlı yürüş dünyanın diqqətini cəlb etdi" ÖZƏL-ŞƏRH
"Bu gün Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə həyata keçirilən, Cənab Prezidentin rəhbərliyi ilə başlanan ümumxalq yürüşü sayca 3-cüdür. Bu günə qədər faciənin 20 illiyi ilə əlaqədar olaraq 2012-ci ildə, 25 illiyi ilə əlaqədar olaraq 2017-ci ildə keçirilib". Bunu SİA-ya açıqlamasında qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov deyib.

Baş redaktorun sözlərinə görə, hər üç yürüşdə on minlərlə iştirakçının əlində, bura Prezident Adminstrasiyasından çalışan məmurdan tutmuş, adi vətəndaşa qədər heç bir fərq qoyulmadan hər bir kəs, həmin dəhşətli hadisələrin günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar olur: "Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 27 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilir.
İnsanların hüznlü çöhrələrinə baxanda görünür ki, ötən illərdə Xocalının dinc sakinlərinə qanlı divan tutulmasının dəhşətləri yaddaşlardan silinməyib. Bircə gecədə yerlə-yeksan edilmiş bu Azərbaycan şəhərinin adı indi Xatın, Liditse və Sonqmi ilə qoşa çəkilir. Amma dünya buna hələ tam qiymət verməyib. Bu yürüşün əhəmiyyətlərindən biri də məhz budur.
Məsələ bundadır ki, Xocalı soyqırımı ilə əlaqədar keçirilən ümumxalq yürüşü Azərbaycanın Xocalı soyqırımı ilə bağlı apardığı genişmiqyaslı işin növbəti mərhələsidir. Ən azından dünya baxıb maraqlanır ki, görəsən niyə Prezident də başda onminlərlə insanın qatıldığı izdiham yürüş edir? Təbii ki, bu aksiyanı beynəlxalq media yayımlayır. Əslində, Bakıda baş versə də əslində beynəxalq ictimaiyyətə yönəlik mesajdır, beynəxlalq xarakterli aksiyadır. Dünya Xocalı qırğını haqqında əsl həqiqəti bilməli, başa düşməlidir ki, XX əsrin sonunda bütün sivil bəşəriyyətin gözü qarşısında törədilmiş bu vəhşiliyə laqeydlik, yüzlərlə dinc insanın ölümündə təqsirkar olanların cəzalandırılmaması belə faciələrin planetin hər bir nöqtəsində təkrarlanmasına gətirib çıxara bilər. Qeyd etməyimiz yerinə düşərdi ki, bugünki yürüşdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici media üçün müsahibə verib. Müxbirin sualı belə idi: “Azərbaycan xalqının dərdinə şərikik. Həlak olanların ailələrinə, doğmalarına başsağlığı veririk. Bu gün Siz insanlara, Azərbaycan sakinlərinə, bu dərdi bölüşənlərə hansı sözlərlə müraciət edirsiniz?” Məncə, dünyaca tanınmış kanalın müxbirinin sualı artıq mesajın çatmasına işarədir. Cənab Prezidentin açıqlaması isə bu yürüşün təşkilinin konturlarını açıq göstərir və beynəlxalq ictimaiyyətə mesaj çatdırır. Cənab Prezident əvvəlcə Azərbaycan xalqının tarixindəki bu faciəli hadisəyə münasibət bildirdikləri üçün jurnalistlərə təşəkkür etdi. Sonra qeyd etdi ki, bu, xalqımızın sağalmaz dərdidir, xalqımıza qarşı törədilən soyqırımıdır, ötən əsrin ən böyük cinayətidir. “Yalnız Azərbaycan millətinə mənsub olduqlarına görə günahsız insanlar - qocalar, qadınlar və uşaqlar həlak olmuş, zərər çəkmişlər. Azərbaycan xalqı heç vaxt bu faciəni unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha heç vaxt təkrar olunmasın. Daha heç vaxt heç bir xalqa qarşı belə dəhşətli soyqırımı hadisəsi, milli əlamətə görə qırğın törədilməsin”.
Bilirsiniz, Cənab Prezident sözünü yüksək peşəkarlıqla, diplomatik üslübda çatdırmağa mükəmməl bacaran, beynəlxalq ictimaiyyətin duyumu və ruhunu gözəl analiz edib, addım atan dahi siyasətçidir. Bu cümlələrlə nəyə işarə vurduğu ortadadır. Davamında isə “Həmin faciəli gecədə xilas olanlar həmişə bizim üçün fiziki zədələr, mənəvi yaralar alan, həmin qətliamı yaşayan insanlar kimi qalacaqlar. Biz bu adamların aqibətini yüngülləşdirmək üçün əlimizdən gələni edirik, dövlət onlara kömək edir və edəcək. Bir daha demək istəyirəm, biz hamımız çalışmalıyıq ki, belə faciələr bəşəriyyət tarixində bir daha olmasın”. Bu qədər sadə və dəqiq şərh!
Bu yürüşün ikinci vacib tərəfi Azərbaycan xalqının sıx birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etmək əzmini nümayiş etdirməsidir. Xalq göstərir ki, bu soyqırım dünya ictimaiyyəti tərəfindən layiqincə tanınmayınca yürüşlər davam edəcək, say daha çox olacaq. Bu cür yürüşlər xalqı belə taleyüklü məsələrlədə toplaşa bilmək instinktini ortaya qoyur. Xalqda laqeyidliyə, birlikdən uzaqlaşmağa, pərakəndəliyə yönəlməyin qarşısını alır. Birləşməyə, ağır məqamda özünü qabağa verməyə hazır olduğunun göstəricidir.
Hər üç yürüşdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın böyük insan axınına liderlik etmələri qeyd edilən birliyin real nümayişidir.
Bəlkə də bu məqama toxunmamalı idim. Amma deməsək də olmur. Azərbaycan siyasi mühitində, sosial şəbəkələrdə bir qrup insan var ki, xalq adından manipulyasiya edir, xalq adından danışır, özlərini ciddi, nüfuzlu fiqur kimi cəmiyyətin şüuruna pərçim etməyə çalışırlar. Bu prosedə onlara xarici havadarlar, qara PR ustalığı və digər vasitələrlə yardımlar olunur. “xalq bizi dəsəkləyir”, “Xalq arxamızdadır” və s. fikirləri ilə göz deşir, fotoşopda fotolara dəyişiklik etməklə varlıqlarını sübut etməyə çalışırlar. Xatirimə gəlir 3-4 il öncə “20 Yanvar”faciəsinin anım günündə o qrupda olan insalar öz tərədaşlarının toplaşdığı bir fotoda fotoşopla redaktə edib, saylarını çox göstərməyə çalışmışdılar.
Amma bir addım, cənab Prezidentin bir hərəkəti bütün bu nağılları, cəfəngiyyatı alt-üst etdi. Bu, xalq adından danışanların ağzının üstünə vurulan şillədir. Bu aksiyalarda xalq iradəsini ortaya qoyur, bir addımla göstərilir ki, əslində xalq haradadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB