Elmar Məmmədyarov Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb

Elmar Məmmədyarov Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb

AR xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 40-cı sessiyasında iştirak etmək məqsədlə Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində Elmar Məmmmədyarovun BMT İHŞ-nin 40-cı sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, habelə bir-sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə