Namiq Əliyev: “Elçibəy tərəfdarları Kərimlini heç zaman lider kimi qəbul etməyəcəklər” RƏY-ÖZƏL
“Bakı Şəhər İcra Hakimiyyətinin “Milli Şura”nın mitinq keçirmək istəyi ilə bağlı müraciətinə mənfi cavab verməsi düzgün addım idi”. Bunu SİA-ya açıqlamasında Namiq Əliyev “Palitra” qəzetinin baş redaktoru deyib. Onun sözlərinə görə, mitinq keçirmək istəyən qurum üzərinə öhdəlik götürür ki, müəyyən tələblərə əməl edəcək: “Əgər aksiya iştirakçıları mitinqi idarə edənlərin nəzarətindən çıxırsa, ictimai asayiş pozulursa, o zaman təşkilatçılar məsuliyyət daşıyırlar. Bu baxımdan, 23 fevrala elan edilmiş mitinqin baş tutmamasın da birinci günahkar “Milli Şura” rəhbərliyidir. Odur ki, Əli Kərimli hədələyici bəyanat verməkdənsə, üzərinə götürdüyü öhdəliyə əməl etməlidir. Müxalifətin lideri olmaq iddiası ilə çıxış edən birisi, liderin məsuliyyət yükünün ağırlığını da dərk etməlidir. Yoxsa, ötən əsrin 90-cı illərində olduğu kimi, əvvəl xalq hərəkatının önünə keçib, sonra isə azacıq bir təzyiq qarşısında hakimiyyəti qoyub qaçmazdılar. İkinci bir tərəfdən, hazırda “Müxalifətin lideri kim olacaq” sualı hələ ki, açıq qalır. Kiminsə özünü lider hesab etməsi, hələ bütün müxalifətin həmin şəxsi lider kimi tanıması demək deyil. İllərdir ki, müxalif qüvvələr arasında “ana müxalifət” adını qazanmaq uğrunda rəqabət gedib, və bu gün də davam edir. Digər müxalifət partiya rəhbərlərinin əksəriyyəti, çətin ki, Əli Kərimlinin liderliyini qəbul etsinlər. Çünki keçmişdə yol verdiyi səhvlər, xüsusən də lideri Elçibəyə qarşı “ikinci cəbhə” açması onun zəif bəndidir. Müxalifətdəki Elçibəy tərəfdarları Kərimlini heç zaman lider kimi qəbul etməyəcəklər, onu bağışlamayacaqlar və keçmişi unutmayacaqlar”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB