Tahir Kərimli: “Müxalifətin mitinqlərlə bağlı məkrli planları baş tutmadı” RƏY-ÖZƏL

Tahir Kərimli: “Müxalifətin mitinqlərlə bağlı məkrli planları baş tutmadı” RƏY-ÖZƏL

“Demək olar ki, müxalifət düşərgəsini təmsil edən bu şəxslər hədsiz dərəcədə əsəbilik keçirirlər”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, çünki onların mitinqlərlə bağlı məkrli planları baş tutmadı: “Bunlar elə hesab edirdilər ki, guya xalq bunların arxasınca gələcək. Amma onlar bir daha başa düşdülər ki, xalq bunları dəstəkləmir və dəstəkləməyəcəkdir. Bu günə qədər müxalifət tərəfindən keçirilən aksiyaların heç biri baş tutmayıb. Səbəb müxalifətin xalq tərəfindən heç bir dəstəyinin olmaması ilə bağlıdır. Bir sözlə, müxalifət mitinq keçirə bilmədiyindən pərt vəziyyətdə qalıb. Bu baxımdan xaricdəki “ağaları” onları qınayır. Vəziyyətdən çıxmaq üçün Ə.Kərimli hədələyici bəyanatlarla çıxış edir. Əlbəttə ki, onların bu cür davranışı siyasətçiyə yaraşmayan bir hərəkətdir. Bu bir faktdır ki, hər zaman müxalifət düşərgəsində lider olmaq uğurunda bir savaş gedib. Bu gün Ə.Kərimli özünü müxalifətin lideri kimi təqdim etməyə çalışır. Söz yox ki, müxalifətin digər iddialı partiya sədrləri Ə.Kərimlinin bu cür hikkəli, təkəbbürlü, iddialı mövqeyinə seyirci qalmayacaqlar. Onların arasındakı qarşılıqlı ittihamlar daha da artacaq”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə