Müxalifətin dağıdıcı qanadının 19 yanvarda uğursuz mitinqindən sonra maniakal eyforiya dövrü çox sürmədi. Dağıdıcı ünsürlərə elə gəldi ki, nəhayət, ayağa dura bilib, ruh yüksəkliyi yaranıb, ictimaiyyətin geniş təbəqələrini, başqa sözlə, etirazçı elektoratı yeni mübarizəyə qaldıra bilib."Xalq yenidən siyasətdədir. Buna parlaq nümunə bizim 19 yanvar mitinqimizdir" deyən, mənəviyyat deyilən məfhumdan uzaq olan saxta Əli Kərimli, elə zənn etdi ki, bununla müxalifət onu "lider" kimi qəbul edəcək. 19 yanvardakı rüsvayçı mitinqdən sonra AXCP sədri sosial şəbəkələrdə ən iyrənc çağırışı isə Məhəmməd Əmin Rəsulzadənin ad günündə müxalifət partiyalarını mitinq keçirməyə və öz tərəfinə toplamağa çağırışı oldu.
"Ağlı başında olanlar Əli Kərimli kimi satqının ətrafına toplaşa bilməz"
Politoloq Eynulla Fətullayev Ə.Kərimlinin bu çağırışlarına münasibət bildirərkən, vurğulayıb ki, görünür, son mitinqi AXCP sədrinin "ağzında şirə" qoyub. Axı ağlı başında, analitik qabiliyyəti olan hansı adam Azərbaycandakı vəziyyəti uzaq Karakasdakı inqilabi hərəkatla müqayisə edə bilər?! Bakıda Venesuela variantının təkrarlanması kimi absurd nəzəriyyə ilə çıxış edən Ə.Kərimli və onun tərəfdarlarını üzündə istehza ifadəsi ilə dinləyərdi".
19 yanvar mitinqindən sonra qapını möhkəm çırpmış "REAL" sədri İlqar Məmmədov Ə.Kərimliyə son qoymaqla, onu siyasət meydanını tərk etməsini də məsləhət görüb və bildirib ki, icazəli mitinq özünü növbəti dəfə müxalifətin əsas "lideri" kimi cəmiyyətə sırımağa çalışan Ə.Kərimlinin və Rusiyameylli qüvvələrin maraqlarına xidmət edib. Çünki AXCP sədri Ə.Kərimli hər zaman hər hansı bir olaydan şəxsi maraqları naminə istifadə etməyə çalışıb. Onun keçmişinə nəzər saldıqda, aydın şəkildə görünür ki, bu adamın real potensialı ilə ambisiyaları heç zaman üst-üstə düşməyib. Rəhbərlik etdiyi siyasi təşkilatın 30-40 min üzvü olduğunu iddia edən Ə.Kərimli, əslində, təkbaşına, kənardan dəstək almadan, mitinqə ən yaxşı halda, 2 min adam çıxara bilmir. "REAL" sədri İ.Məmmədov onu da bildirib ki, Ə.Kərimli kimi şəxsi ambisiyalarını əsas götürən sayılmayan bir sədrin güclü, monolit birliyə malik olan bugünkü hakimiyyətin qarşısında çıxış etməyə haqqı yoxdur.
Bu yerdə Mahir Səmədov adlı bir yazarın "Şərq" qəzetinə 13.01.2000-ci ildəki müsahibəsində "Əli Kərimov Elçibəyin başının altına yasdıq, ayağının altına qumbara qoyanlardandır. Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla yüzlərlə məqalələr yazdırıb. Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı "Azadlıq" qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı və indi də saxlamır?" deyə etiraf edirdi. Zamanında Elçibəyə qarşı səhvlərə yol verən çoxları sonradan bunun səhv olduğunu ETİRAF etdilər.
Bəli, Ə.Kərimli elə zənn edir ki, yalan, böhtan, cinayət əməlləri unudulur, bu heç vaxt belə olmayıb. Gec-tez bu yalan və böhtanlar, cinayətlər sonda ifşa olunur. Çünki Vətənin halal çörəyinə kəm baxıb, özgənin yalı ilə bəslənənlər, heç vaxt xalqın qınağından qurtula bilməyəcəklər.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB