“Qarabağda baş vermiş hadisələrlə bağlı 305 şəxs barəsində cinayət işi başlanıb və beynəlxalq axtarışa verilib. Onlardan 39-u Xocalıda törədilmiş cinayətlə əlaqəli şəxsdir”. SİA xəbər verir ki, bunu bu gün Xarici İşlər Nazirliyində Xocalı soyqırımına həsr olunmuş brifinqdə Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.
Onun sözlərinə görə, həmin şəxslər barəsində materiallar İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinə göndərilib: “Həmin şəxslərin Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar normalarını pozma) maddələrində nəzərdə tutulan cinayətləri sübuta yetirilib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmələrinə dair qərarlar qəbul edilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB