"Dünyanın Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinə nail olmalıyıq"

"Dünyanın Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinə nail olmalıyıq"

"Biz Xocalı soyqırımının dəhşətli nəticələrini geniş təbliğ etməklə bu faciəni milli düşüncənin bir elementi kimi gələcək nəsillərə çatdırmalıyıq. Əsas məqsədimiz odur ki, gələcək nəsillər bunu bilsin və tarixdən dərs alaraq Azərbaycana qarşı belə faciələr törətmək istəyənlərin qarşısını alsınlar". SİA-nın verdiyi məlumata görə, bu sözləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən "Xocalı soyqırımını unutmadıq!" adlı tədbirdə çıxışı zamanı deyib.

YAP-ın Sədr müavini bildirib ki, ümumi məqsədimiz erməni cəlladlarının Xocalıda törətdikləri kütləvi qətl hadisəsini dünyaya azərbaycanlıların soyqırımı kimi tanıtmaqdan ibarətdir: "Çətinliklərə baxmayaraq istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları və vətəndaşlarımız yorulmadan Xocalı soyqırımını dünyada tanıtmaq istiqamətində fəaliyyət göstərməlidirlər. Biz beynəlxalq aləmin Xocalı faciəsinə hüquqi-siyasi qiymət verməsinə nail olmalıyıq. Bu istiqamətdə bir sıra uğurlu addımlar atılıb".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə