AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları, hüquq elmləri üzrə fəlsəfə doktoru Aydın Əliyev və fəlsəfə doktoru Yaşar Əliyev tərəfindən Amerikalı müəlliflər Kastin və Karolin Makkartilərin "Türklər və ermənilər. Erməni məsələləri üzrə rəhbərlik" adlı kitabı Azərbaycan dilinə tərcümə olunub.
SİA-nın xəbərinə görə, kitabda ermənilərin tarixi saxtalaşdırmaları ilə bağlı dəlil və sübutlar bir daha təsdiqini tapıb.
Kitabda xüsusi məqamlardan biri Osmanlı hökuməti tərəfindən ermənilərə qarşı heç bir soyqırımın olmaması faktının sübut edilməsidir.
Tərcümə materialının yaxın zamanlarda AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu tərəfindən kitab şəklində nəşr edilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB