Alma-atada HİV infeksiyasının qarşısının alınması və müalicəsinə həsr olunan regional iclas keçiriləcək. SİA-nın xəbərinə görə, yanvarın 19-da Alma-atada təşkil olunacaq regional məsələhət iclası BMT-nin narkotik və cinayətkarlıq üzrə Mərkəzi Asiyadakı Regional Nümayəndəliyi və Kanadanın HİV/AİDS üzrə hüquqi şəbəkəsinin təşkilatçılığı ilə baş tutacaq. "Azərbaycan və Mərkəzi Asiyada aztəminatlı əhalinin HİV/AİDS-in qarşısının alınması və müalicəsi: qanunvericilik və siyasətinin təhlili" mövzusunda keçiriləcək iclasda Mərkəzi Asiya regionu ölkələrində qanunvericilik və siyasətin təhlilinə dair analizlərin nəticələri, insanların sağlamlıq hüquqlarının qorunması, ölkənin siyasətində əsas nəticələrinin hüquqi təhlili müzakirə olunacaq. Analiz materialları nadir nəşrlərdən götürülüb, hansıki ölkələrin qədim və inteqrasiya hesabatlarını özündə birləşdirib.
İclasda iştirak etmək üçün Mərkəzi Asiya və Azərbaycandan 70 nəfərlik nümayəndələr dəvət olunub. Belə ki, iclasda səhiyyə, ədliyyə, daxili işlər nazirliklərinin yüksək nümayəndələri, parlament üzvləri, beynəlxalq və milli ekspertlər, HİV-in müalicə və prafilaktikası ilə məşğul olan mütəxəssislər, beynəlxalq təşkilatlar və BMT-nin əməkdaşları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB