Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müsabiqə elan edir
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Görkəmli tarixçi, ictimai xadim Səidə İmanzadənin 100 illik yubileyinə həsr olunan müsabiqə elan edir. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqə "Azərbaycanda qadın azadlığı hərəkatı və xalqın tərəqqisi", "Qadınlar sülh uğrunda mübarizədə" , "Çoxəsrlik tarixin güzgüsündən görünən Azərbaycan qadını", "Müasir Azərbaycan qadınının mübariz səsi","Ölkənin ictimai-siyasi həyatında qadınların rolu","Qadın, ailə, iqtisadiyyat" adlı mövzuları əhatə edəcək.
Müsabiqədə yaşı otuz beşi keçməyən tələbə, magistr, aspirant, dissertant və gənc alimlərin iştirakı nəzərdə tutulur. Müsabiqəyə qatılmaq üçün təqdim olunan məqalələr "Arial 12 şrift" formatında yazılmalı və 10-15 səhifə həcmində olmalıdır. Mübarizəyə qoşulmaq istəyənlər öz məqalələrini 25 fevral 2011- ci il tarixə qədər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər. Məqalə elektron ([email protected]) ünvanla da göndərilə bilər.
Qeyd edək ki, müsabiqənin yekununda I, II və III yerin qalibləri mükafatlandırılacaqlar. Ətraflı məlumat almaq istəyənlər scfwca.gov.az saytına daxil ola bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB