Masallı rayonunun taxıl sahələri gəmiricilərin hücumuna məruz qalıb

Masallı rayonunun taxıl sahələri gəmiricilərin hücumuna məruz qalıb

Masallı rayonunun taxıl sahələri məhv olmaq təhlükəsi ilə üzləşib. Rayon İcra Hakimiyyətindən SİA-nın Cənub bürosuna verilən məlumata görə, havaların isti keçməsi gəmiricilərin fəallaşmasına səbəb olub. Belə ki, gəmiricilərdən daha çox ziyan çəkən rayonun Həsənli kəndinin taxıl sahələridir. Görülən tədbirlərə baxmayaraq ötən illə müqayisədə bu il gəmiricilər taxıl sahələrinə daha çox ziyan vurub. Rayonun Həsənli kəndi ilə yanaşı, Hacıtəpə, Xırmandalı, Koçəkli, Təklə, Sığıncaq, Təkdam, Çağırlı yaşayış məntəqələrindəki əkin sahələri də gəmiricilərin hücumuna məruz qalıb.

Əlavə edək ki ki, bu il Masallı rayonunda 11 min hektarda taxıl əkini keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə