Rusiya hökumətində çalışanların sayı 3 il içərisində 20 faiz azaldılacaq

Rusiya hökumətində çalışanların sayı 3 il içərisində 20 faiz azaldılacaq

Rusiyanın baş naziri Vladimir Putin hökumətə bağlı çalışan işçilərin ixtisar edilməsinə dair qərarı imzalayıb.

SİA-nın xəbərinə görə, Putinin sözçüsü Dmitri Peskov bu qərara əsasən martın 31-dən etibarən hökumət işçilərinin sayı 5 faiz azaldılacağını deyib.

Sözçü gələn il də daha 5 faizlik ixtisar aparılacağını, 2013-cü ildə isə ixtisar faizinin 10 olacağını bildirib.

İşçilərin yaş ortalamasının 45 olduğunu bildirən Peskov qəbul edilən qərarla hökumətin məmurların sayını 3 il içərisində 20 faiz civarında azaltma planının həyata keçirilməyə başlandığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə