2011-ci ildə nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Göygöl rayonunda yeni həkim məntəqələrinin tikintisi nəzərdə tutulur. Bu barədə SİA-nın bölgə müxbirinə Göygöl mərkəzi rayon xəstəxanasının baş həkimi Hamelt Ömərov məlumat verib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin xətti ilə inşa olunacaq həkim məntəqələri Mola Cəlilli və Şəhriyar kəndlərində tikiləcək. Yeni səhiyyə ocaqları təxminən 10 minə yaxın əhaliyə xidmət göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB