Gəncənin “avtovağzalları”- FOTOSLAYD

Gəncənin “avtovağzalları”- FOTOSLAYD

Gəncə şəhərində avtovağzalların vəziyyəti günün tələblərinə cavab vermir. SİA-nın bölgə müxbiri xəbər verir ki, ölkənin ikinci böyük şəhərində avtovağzalların heç birində müasir tələblərdən, standartlardan danışmaq olmur. 

Şəhərin əsas avtovağzalı olan Gəncə Avtovağzal Açıq Səhmdar Cəmiyyətindən (ASC) gün ərzində 80-dən artıq avtobus hərəkət edir və 4 mindən artıq sərnişin bu avtobusların xidmətlərindən istifadə edir. Sözügedən avtovağzalda ən ciddi problem ərazinin dar olmasıdır.

Suallarımzı cavablandıran Gəncə Avtovağzal ASC-nin rəis müavini Elşad Nəcəfov SİA-ya bildirib ki, avtovağzalın yenidən qurulması istiqamətində yeni layihə hazırlanır. "Avtovağzalın yenidən qurulması istiqamətində yeni layihə hazırlanır. İşlər tamamlandıqdan sonra daha müasir avtovağzal binası inşa olunacaq", deyə E.Nəcəfov əlavə edib.

Ən acınacaqlı vəziyyət şəhərin digər ünvanında yenicə istifadəyə verilən Şəmkir Avtovağzalında hökm sürür. Buradan sərnişinlər əsasən qərb bölgəsinin rayonlarına üz tutur. Buranın avtovağzal olmasını ancaq lövhədəki yazıdan anlamaq olar. Təkcə onu demək kifayətdir ki, gözləmə zalına günlərdir əl gəzdirilmir. Sərnişinlər üçün nəzərdə tutulan zal məişət tullantıları, anti-sanitariya içərisində itib batır.

Məsələ ilə bağlı avtovağzal rəhbərliyinin mövqeyini öyrənmək istəsək də nə rəis, nə də müavin yerində tapılmadı.

Bütün xəbərlər Facebook səhifəmizdə