Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsi yaradılıb
Bu gün Söz Azadlığının Müdafiə Fondu (SAMF) "Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması" layihəsini təqdim edib. SİA-nın məlumatına görə, tədbirdə Laçın Tarix Diyarşünaslıq muzeyinin direktoru Solmaz Məhərromova, Cəbrayıl muzeyinin direktoru Taryel Abbaslı, Füzuli Tarix Diyarşünaslıq muzeyinin direktoru Bəhram Məmmədli və başqaları iştirak ediblər.
İlk olaraq çıxış edən SAMF-ın icraçı direktoru Vüqar Tofiqli bildirib ki, layihənin əsas məqsədi respublika üzrə erməni işğalı altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin internet resurslarının yaradılması və muzeylərarası əməkdaşlığa nail olmaqdır: "Habelə virtual tarix-diyarşünaslıq muzeylərinin internet şəbəkəsini yaratmaqla əlaqəli məlumatlar bazası sistemi əsasında Azərbaycan regionlarının mədəni-tarixi irsi obyektləri haqqında bilgiləri geniş ictimaiyyətə çatdırmış oluruq".
Vüqar Tofiqli onu da qeyd edib ki, ötən müddət ərzində layihə çərçivəsində işğal altında ola 9 rayonun mədəniyyət şöbələrinin müdirləri və tarix diyarşünaslıq muzeylərinin direktorları ilə görüşlər təşkil edilib və layihənin icrası prosesində xeyli məlumatlar əldə edilib.
Daha sonra SAMF-ın icraçı direktoru vurğulayıb ki, təşkil etdiyimiz görüşlərdə layihənin ideyası dəstəklənib və fondun müraciəti nəticəsində 300-dək şəkil, 20-dək kitab hədiyyə edilib: "Fond layihə çərçivəsində həyata keçirilən işlərin daha məzmunlu və səmərəli nəticəsi üçün öz imkanları hesabına www.diyarshunasliq.az" resursunu hazırlayıb. 2010-cu ilin dekabrında isə muzey direktorları təşkil olunan görüşlərin birində bu sayta baxış keçiriblər.
Qeyd edək ki, SAMF bu layihəni Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB