Fransada etiraz aksiyasına 42 minə yaxın insan toplaşıb

Fransada etiraz aksiyasına 42 minə yaxın insan toplaşıb

Fransanın daxili işlər nazirliyi ötən həftənin şənbə günü keçirilən etiraz aksiyasında ən azı 41 500 nəfərin “sarı jilet”lilər hərəkatının 14-cü səfərbərliyinə qatıldığını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Parisdə ən az 5 min nümayişçi toplanıb.

Digər mənbəyə görə, şənbə günü ölkənin küçələrində 51 mindən çox nümayişçi toplanıb.

Xatırladaq ki, fevralın 16-da Fransada “sarı jilet”lilərin 14-cü etiraz aksiyası keçirilib. Parisdə, nümayiş zamanı 23 adam nəzarətə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə