Joze Manuel Barrozo: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması həddən artıq uzanır”

Joze Manuel Barrozo: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması həddən artıq uzanır”

"Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə və dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır". SİA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo jurnalistlərə verdiyi açıqlamasında deyib. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə və dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır: "Biz ATƏT-in Minsk Qrupunun sülh prosesi səylərini dəstəkləyirik. Əgər münaqişə həllini tapsa, Avropa İttifaqı münaqişə zonasında bərpa işlərinə dəstək verməyə hazırdır".

Eyni zamanda Avropa Komissiyasının prezidenti Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsi çox vacib olduğunu deyib. Joze Manuel Barrozo həmçinin bloqqerlərin azadlığa buraxılmasını alqışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə