Ketrin Aşton son hazırlıqlar üçün İstanbulda

Ketrin Aşton son hazırlıqlar üçün İstanbulda

Türkiyə İranın nüvə proqramı ilə bağlı gərginliyin diplomatik yolla həlli üçün səylərini davam etdirir. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, İranla 5+1 ölkələri arasındakı müzakirələr yanvarın 21-22-də İstanbulda keçiriləcək.

Bu müzakirələrdən əvvəl Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Ketrin Aşton son hazırlıqlar üçün İstanbula gəlib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Aştonla görüşdən əvvəl İranın nüvə məsələləri üzrə baş müzakirəçisi Səid Cəlilinin müavini Əli Baqheri ilə İstanbulda bir araya gəlib.

Davudoğlu bu gün Aştonla da bir araya gələcək. Bu görüşün müzakirələr baxımından əhəmiyyət daşıdığı bildirilir.

Davudoğlu müzakirələrdən bir gün əvvəl - yanvarın 20-də də İstanbulda tərəfləri axşam yeməyinə qonaq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə