“Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının üzvü Gevork Petrosyan Nikol Paşinyanı hökumətin qarşıdakı 5 il üçün qəbul etdiyi proqramını və bununla bağlı “iqtisadi inqilabı gərək vətəndaş həyata keçirsin” tezisini sərt tənqid edib. SİA aysor.am-a istinadən xəbər verir ki, erməni deputat baş nazirin bu ifadələrinin doğru olmadığını deyib. “Vətəndaş inqilab etdi. Axı o başqa nə etməlidir?”, sualını verən Petrosyan davam edib: “Ac insan iqtisadi inqilabı necə etməlidir? Deyirsiniz ki, insan hər şeydən öncə öz düşüncəsi ilə aclığı ram etməlidir, bu zaman bir qohumunuz gəlib sizə desə ki, yoxsuldur, siz də cavab verəcəksiniz ki – get, düşüncənlə aclığı ram et, sonra gəl?”
Petrosyan qeyd edib ki, son iki gün ərzində baş nazir öz çıxışlarında daha çox informasiyalar təqdim edib və sualları cavablandırıb ki, hökumətin proqramında onların əksəriyyəti yoxdur: “O zaman bütün bunları yazardınız. Əks halda, əgər düşünürsünüz ki, sizin proqramınız lakonik olmalıdır və xalq sizə etimad göstərir, inanır onda yazmalıydınız ki, - “ruh yüksəkliyi ilə yaşayın, axırda hər şey yaxşı olacaq, sizin problemləriniz yoxdur”. Başqa heç nə yazmayacaqdınız, cənab Paşinyan”.
Erməni deputat Paşinyana müxalifətdə olduğu dövrlərdə verdiyi vədlərini də xatırladaraq, onun sözünə əməl etmədiyini də xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB