Əsasən, dağıdıcı müxalifətə, daha dəqiq desək, AXCP sədri Əli Kərimlinin rəhbərlik etdiyi "Yurd"un fəalliyyət sferasına daxil olan "siyasi mühacir" biznesinin qurbanları "yatıb, indi ayılıblar". Buna görə də, qrant üstündə qırğına çıxan "siyasi mühacirlər" bir- birlərini ifşa etməsəydilər, bəlkə də hələ çox qış yuxusuna gedəcəkdilər. Avropada yaşayan və özlərini "siyasi mühacirlər" adlandıran Tural Sadıqlı ilə Məhəmməd Mirzəlinin pul davası bir çox düyünlərin açılmasına səbəb oldu. M.Mirzəlinin T.Sadıqlını qrantları təkbaşına mənimsəməkdə ittiham etməsinin ardından Tural da onu siyasi dəllallıqda ittiham etdi: "Məhəmməd satqın və ikiüzlü insandır və özünə saxta siyasi tarixçə formalaşadırıb. Məhəmməd siyasi sığınacaq almaq üçün dövlət əleyhinə çıxışlar edib, fəallıq göstərir. Bunlavrın səbəbkarı AXCP səlri Əli Kərimlidir". Bu yerdə "xoruzun quyruğu görünür". Artıq xaricdəki "söyüş qrupu" üzüdönüklük edərək, Ə.Kərimli haqqında ifşaedici faktlar açıqlamaqdan belə çəkinmirlər. Hazırda Hollandiyada yaşayan Fikrət Hüseynli bildirib ki, Ə.Kərimli və Cəmil Həsənlinin tapşırığına əsasən, xaricə "rahat həyat və yaşayış " arxasınca getmək istəyənlərdən 2500-3000 AVRO alaraq, "Yurd" sədrinə göndərib. Eyni ilə AXCP-nin Nizami rayon təşkilatının üzvü Samir Piriyev də 15.000 AVRO ödəməklə, Ə.Kərimlidən saxta partiya vəsiqəsi aldığını söyləyib.
Əli Kərimli xəyanətinin düyünü açılır...

Göründüyü kimi, Ə.Kərimlinin dələduz faktları acı bağırsaq kimi uzanır ki, uzanır... Elə Bakı Ağır Cinayətlər Məhkəməsində şahid qismində dindirilənlərin verdikləri ifadələr də bir daha AXCP sədri Ə.Kərimlinin xarici qüvvələrin göndərdiyi maliyyəni əldə etmək məqsədi ilə ölkədə təxribatlar törətmək istəyini sübuta yetirmək deyilmi? Məhkəmədə, o da təsdiqlənib ki, Rusiyada toplanılan vəsait Ə.Kərimliyə çatdırılıb. Həmçinin, məhkəmədə AXCP sədrinə istər Rusiyadan, istərsə də, digər xarici dövlətlərdən toplanılan vəsaitlərin qanunsuz yollarla çatdırıldığı da üzə çıxıb.
Sözsüz ki, bu çirkin əməllərini həyata keçirmək üçün Ə.Kərimli əl atmadığı variant, üz tutmadığı yol qalmayıb. Bu səbəbdən də, AXCP-yə maliyyə gəliri qazandıran "sənaye müəssisəsi" kimi baxan Ə.Kərimli Razi Nurullayev demişkən, cəbhəçiləri portağal qabığı kimi soyur: "Əli Kərimli üçün "yaxşılar" və "pislər" var: güvəndikləri "yaxşılar"dır, qalanları isə "pislər"dir.
Ə.Kərimli minlərlə yalan vədlər verməklə, tələsinə düşənləri özünün maraqlarına xidmət etməyə məcbur edir. Eyni zamanda, bu, o iblis xislətli Ə.Kərimlidir ki, tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna və yoldaşlığına qarşı da xəyanət yolu tutub. Onun "siyasi karyerasında", xüsusilə, ermənilərlə işbirliyini təsdiq edən amillər istənilən qədərdir və bu barədə onun əməllərinin sübuta ehtiyacı yoxdur.
Aydın Mirzəzadə: "Bu, saxtakarlıqdır, Azərbaycana və azərbaycançılığa qarşı xəyanətdir"
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, onlar, sadəcə olaraq, müəyyən qrup vətəndaşları xaricə göndərmək üçün firma rolunu oynayırlar: "Əvvəlcə vətəndaşlara üzvlük vəsiqəsi verir, sonra isə ildə bir neçə mitinq keçirir və həmin mitinqlərdə müəyyən olunmuş adamların guya polis tərəfindən tutulması, zorakılığa məruz qalması ilə bağlı fotosessiya nümayiş etdirir. Bununla da, həmin şəxslərin xaricə getmələrini təşkil edir. Azərbaycan cəmiyyətində tanınmayan və heç vaxt, heç bir siyasi prosesdə iştirak etməyən şəxs birdən-birə Avropaya köç edir. Hesab edirəm ki, bu, ilk növbədə, Azərbaycan siyasi müxalifətinin milli maraqlardan çoxdan uzaqlaşmasından xəbər verir".
Bir sözlə görünən budur ki, bu gün baş verən belə hadisələrin hər birinin günahı "siyasi mühacir" adı ilə alver edən AXCP, Müsavat və s. siyasəti bazara çevirən partiya rəhbərlərindədir. Bir gün onlar da, baş verənlərə görə qanun qarşısında cavab verməli olacaqlar. Hətta Hamburq olayının üstü tam açıldıqdan sonra, bu daha çox real görünməyə başlayacaq.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB