Azərbaycan Prezidenti "Euronews" telekanalının Müşahidə Şurasının sədrini və baş icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti "Euronews" telekanalının Müşahidə Şurasının sədrini və baş icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də "Euronews" telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezanini və telekanalın baş icraçı direktoru Filip Kaylanı qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə "Euronews" telekanalı ilə Azərbaycanın müvafiq qurumları arasında əlaqələrin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı, informasiya sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə toxunularaq, müasir dövrdə informasiya mübadiləsinin önəmi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə