"Makronun ermənipərəst çıxışları Fransa siyasətinin açıq üzüdür" ÖZƏL-MÜNASİBƏT
"Fransa liderlərinin Ermənistana xüsusi rəğbəti bizdə qıcıq doğrusa da biz davranışa alışmamalıyıq. Emmanuel Makronun bir-birinin ardınca etdiyi ermənipərəst çıxışları və davranışları Fransa siyasətinin açıq üzüdür". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, Fransa-Ermənistan münasibətləri müttəfiqlik münasibətlərindən daha yaxındır: "Bu iki ölkə qardaş ölkə statusundadırlar. Qərbin Ermənistanı öz tərəfinə çəkmək və Rusiyadan uzaqlaşdırmaq siyasətinə baxmayaraq Fransaya arxalanan bu ölkə Moskvadan maksimum yararlanmaq niyyətindədir. Bu yaxınlarda Paşinyanın Suriyaya dəstək qrupunu göndərməsi birbaşa qərbin maraqlarına zidd getməkdir. Bütün baş verənlərin fonunda Fransanın ATƏT-in Minsk Qrupunda həmsədr ölkə kimi fəaliyyətini davam etdirməsi çox təhlükəlidir. Ona görə də biz bu arqumentlərdən çıxış edərək qondarma “soyqırım” iddiasını dəstəkləyən bir hakimiyyətin Dağlıq Qarabağ probleminin həllində tərəfsiz və ədalətli mövqe tutacağına inanmadığımızı BMT-yə çatdırmalıyıq. Bunun qarşılığında Türkiyə və Azərbaycan Fransız hakimiyyətinin Əl-Cəzairdə törətdiyi və 2 milyondan çox ərəbin ölümü ilə nəticələn soyqırım hadisəsini gündəmə gətirməliyik. Təklif edərdim ki, Fransa hakimiyyətinin bir zamanlar insanlığa qarşı törətdiyi bu soyqırım hadisəsini tanımaq üçün islam ölkələri konqresinə müraciət edək, lakin öncədən nəticəsini bildiyim üçün bu təklifdən vaz keçməli olacam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB