“Canavar və çaqqalların ovlanmasına qoyulan qadağa quduzluq riskini artırır”
Ölkədə quduzluq xəstəliyinin artması Lənkəran rayonunda da narahatlıq doğurub. 3 sayli Baytarlıq sahəsinin həkimi Rövşən Əliyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonda ötən il bu sahədə elə bir ciddi fakt qeydə alınmasada, bu hal arxayınçılığa da əsas vermir. Çünki əvvəlki illərdə rayon ərazisində bir neçə dəfə ev heyvanlarında quduzluq xəstəliyinin aşkar olunması bunu deməyə əsas verir. Əsasən meşəətrafı ərazilərdə daha çox baş verən xəstəliklə əlaqədar baytarlıq qurumu həmin yerlərdə maarifləndirici tədbirlərə diqqəti xeyli artırıb.
Bundan əlavə R.Əliyev ötən il ərzində quduzluğa qarşı vaksinasiya işlərinin aparıldığını qeyd edib. Bu məqsədlə 2010-cu ildə rayona 3511 doza vaksin göndərilib. 2011-ci il üçün isə artıq 4080 doza gətirilib. Lakin baytar həkimlərinin qarşılaşdığı əsas problemlərdən biri it saxlayan vətəndaşların bu mühüm tədbirə laqeyd münasibətidir. Digər problem isə xəstəliyin əsas daşıyıcıları olan canavar və çaqqalların ovlanmasının Beynəlxalq Konvensiya ilə qadağan edilməsidir. Bu isə sayı artan vəhşi heyvanların qida ardınca tez-tez yaşayış məntəqələrinə hücum etməsinə gətirib çıxarır və nəticədə quduzluq xəstəliyinin insanlara yoluxması riskini qat-qat artırır.
"Məncə canavar və çaqalların ovlanması ilə bağlı müvafiq tədbirlərin görülməsi vacibdir",-deyə R.Əliyev əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB