ABŞ-ın senatorluğu bir ildən sonra yenidən Metyu Brayzanın Azərbaycana səfir təyin edilməsinə baxa bilər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın milli və strateji araşdırmalar mərkəzinin rəhbəri Riçard Kirosyan deyib. Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obama səlahiyyətlərindən istifadə edərək M. Brayzanı Konqresdən kənar Azərbaycana səfir təyin edib. Lakin Konqres 1 il ərzində onun namizədliyini təsdiqləməlidir. Əks halda B. Obamanın qərarı qüvvədən düşəcək və M. Brayza səfir vəzifəsindən geri çağırılacaq.
Eyni zamanda ABŞ-dakı erməni liderləri diaspor üzvlərini və ermənipərəst siyasətçiləri Azərbaycana yeni təyin olunan səfir Metyu Brayza əleyhinə kampaniya aparmağa çağırıblar. Ermənilər bu kampaniyaya Kaliforniyada başlayıblar. Onlar artıq senatorlar Barbara Bokser və Robert Menendesə bununla bağlı məktub göndəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB