"Həyata keçirilən siyasət xalqımızın rifah halının daha da yaxşılaşdırılmasına yönəlib" RƏY-ÖZƏL
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı durur. Bu siyasətin əsas istiqamətlərindən biri əhalinin sosial rifah halının durmadan daha da yaxşılaşdırılmasına nail olmaqdır. Ölkə başçısının “Minumum aylıq əməkhaqqının artırılması haqqında”, “ Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamları buna bariz nümunədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini, deputat Rauf Əliyev deyib.
O bildirib ki, Dövlət başçısının sərəncamı ilə 2019-cu ilin mart ayının 1-dən Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılması nəzərdə tutulub: “Bu minimum əmək haqqının hazırkı məbləğindən (130 manat) 38,4% çoxdur. Bu artımla respublikamızda minimum aylıq əmək haqqının ölkə üzrə müəyyən edilmiş yaşayış minimumuna (180 manat) çatdırılmasına nail olunub. Hesablamalara görə minimum əmək haqqının artırılması respublika üzrə 600 minədək işçini əhatə edəcək Minimum əmək haqqının artırılması ilə əlaqədar dövlət büdcəsindən 400 milyon manat, 2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait sərf olunacaq. Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial yönümlü siyasət nəticəsində son 15 il ərzində Azərbaycanda əmək haqqı 7 dəfə, minimum əmək haqqı isə 6,5 dəfə artıb ”.
R. Əliyev söyləyib ki, Azərbaycan Prezidentinin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2018-ci il üzrə respublika üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin yanvar ayının 1 tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsini artırılmasını və fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalının indeksləşdirilməsini təmin edəcək: “ Bu artım ümumilikdə 1318,4 min əmək pensiyaçısını əhatə edəcək. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, mərkəzində daim Azərbaycan vətəndaşının mənafeyi nəzərdə tutulan siyasət xalqımızın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib və bu uğurlu siyasət daim davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB